Beynəlxalq münasibətlər sisteminin diaqnozu
Hətta aktiv siyasətdən uzaq dayananlar da yaxşı bilirlər ki, Prezident İlham Əliyevin nitqi hər zaman konkretdir. Dövlət başçısı öz ritorikasında demək olar ki, “təxminlərə” yer vermir. Dəfələrlə elə olub ki, Prezident tərəfindən səsləndirilmiş bu və ya digər fikrinin əsl mahiyyət və təyinatını biz yalnız zamanla, hansısa konkret hadisə baş verəndən sonra anlaya bilmişik. Bəli, dövlət siyasəti tələb edir ki, müəyyən olunmuş hədəflərə aparan yolda minimum müqavimət ilə rastlaşmaq üçün strategiyanın müvafiq təfərrüatları ictimaiyyətdən gizlin saxlanılsın. Yeri gəlmişkən qeyd edək ki, populist-demaqoqlar daim çalışırlar dövlət siyasətinin sözügedən “həssas” xüsusiyyətindən qərəzli şəkildə öz xeyrinə istifadə etsinlər. Əlbəttə ki, ucuz rəğbət qazanmaq naminə demaqoqlar tərəfindən sərgilənən bu cür yanaşma milli maraqlara xidmət edə bilməz. Məsuliyyətsiz populizm əsl peşəkarlıq və vətənpərvərlikdən çox uzaq dayanan siyasi təlxəklikdir.
Etiraf olunmalıdır ki, Prezidentin çıxışları ölkənin siyasi ritorikasının strateji vurğularını müəyyən edir. Sözügedən amil istənilən demokratik ölkə üçün normal siyasi təcrübədir. Dövlət başçısı........
