Çaldıran döyüşünün bugünümüzdən çaldıqları…
Tarix yalnız keçmişin tozlu səhifələrində donub qalmış anılar toplusu deyil. O, eyni zamanda bugünü izah edən, gələcəyə dair qərarlarımıza işıq salan canlı bir yaddaşdır. Tarix — insanın öz yaddaşına dönük sorğusudur. Herodotun təbirincə desək, historia (ἱστορία) — araşdırma və sorğu vasitəsilə əldə edilən biliklərdir.
Biz bu yığcam yazımızda elə bir tarixdən söz açacağıq ki, o, təkcə iki dövlətin, iki hökmdarın və iki ordunun deyil, bütöv bir mədəniyyət çevrəsinin taleyini dəyişdi:
il - 1514-cü il;
yer: Çaldıran;
məzmun (daha doğrusu, məzmunsuzluq): döyüş;
tərəflər: qanı bir qardaşlar...
Bu döyüş səthi oxunuşlarda Osmanlı və Səfəvi imperiyaları arasında hərbi qarşıdurma kimi təqdim olunur; lakin əslində, bu savaş Türk dünyasının ikili bölünməsinin - siyasi, məzhəbi və mədəni parçalanmasının simvolik başlanğıc nöqtəsidir. Bu parçalanmanın dalğaları isə yüzillər boyunca sönməyib və bu gün də türk coğrafiyasının müxtəlif guşələrində yanqılanmaqdadır.
1514-cü ilin avqustunda baş verən Çaldıran döyüşü Osmanlı Sultanı Yavuz Sultan Səlim ilə Səfəvi hökmdarı I Şah İsmayılın üz-üzə gəldiyi həlledici qarşıdurma idi. Bu, sırf ərazi üstündə gedən bir döyüş deyildi. Döyüş, iki fərqli siyasi-ideoloji yolun, iki dini təmayülün və iki türklük........
© Müsavat
