menu_open Columnists
We use cookies to provide some features and experiences in QOSHE

More information  .  Close

90-cı AŞIRIM

29 0
29.04.2026

Elə peşələr var ki, onlar həm də xarakter məktəbidir. Neftçilər də məhz belə peşə sahibləridir. Bu peşədə insanın biliyi qədər cəsarəti, texniki bacarığı qədər iradəsi sınağa çəkilir. Xəzərin ortasında, küləyin sərtləşdiyi, dalğanın böyüdüyü anlarda insan ya peşəkar olur ya da geri çəkilir. Ortası yoxdur.

Xaliddin Tatlıyev bu “ortası olmayan” peşənin adamıdır. Onun həyat yoluna baxanda bunu təkcə bir insanın ömür yolu kimi yox, bütöv bir dövrün salnaməsi kimi oxuyursan. 1936-cı ildə Qazax rayonunun Dağkəsəmən kəndində dünyaya gələn bu əfsanə insan, on illərlə Azərbaycanın neft sənayesinin ən mürəkkəb, ən məsuliyyətli, ən təhlükəli və eyni zamanda ən şərəfli sahəsinin önündə dayandı. 1961-ci ildə Azərbaycan Neft və Kimya İnstitutundan məzun oldu. Neft qoxusu sinmiş o möhtəşəm elm ocağında yetişən hər mühəndis Xəzərin Azərbaycan üçün nə demək olduğunu bütün varlığıyla duyur. Gənc Xaliddin təyinatla Özbəkistana çalışmağa gedir. Orada qazmaçı kimi təcrübə qazanır, peşənin ağrı-acısını dadır. Daha sonra tale onu Suriyaya atır. Bu ölkələr təsadüfi seçilmiş coğrafiyalar deyildi. Neft sənayesi sərhəd tanımır, həqiqi mütəxəssislər də yalnız doğma torpaqlarda deyil, beynəlxalq səviyyədə sınanıb püxtələşirlər. Xaliddin Tatliyev geniş dünya təcrübəsinə sahib olan mütəxəssis olur.

Onun fəaliyyətinin 1980-ci illərdəki mərhələsi xüsusilə diqqət çəkir. Bu dövr........

© Modern.az