Mürgüləyənlərin GÜNAHI
AMEA-da I Türkoloji Qurultayın 100 illiyinə həsr olunan beynəlxalq konfransa dəvət olunduğum ərəfədə ixtiyarsız olaraq son günlər sosial şəbəkədə tirajlanan alimlərin mürgüləmə səhnəsi ilə bağlı fotoları və bunlar üzərindən ağıllı-cahil kimsələrin fərqli yorumlarını xatırlamış oldum. Əlbəttə, Ramazan orucunun tam olmayan yuxusuzluq ortamında, istərsə də oruc tutmayan insanın günlük yorğunluğu durumunda kiminsə toplantıda əsnəməsi və ya mürgüləməsi sırf insani görüntülər olduğundan bu cür mövzuların üzərində durmağa çalışmasam da, toplumda kütləviləşən yanlış dəyərləndirmənin heç də xoş mənzərə yaratmadığını söyləməyə özümü sorumlu bildim. Dəfələrlə bu mövzu deputatlar üzərindən də manipulyasiya edilərək milli faciə səviyyəsində bir kampaniya aparılmışdı. Əlbəttə, inkişaf etmiş mədəni cəmiyyətlərdə bunun yumor üzərindən xoş bir təbəssüm yaratmasını bizim məkanda da görmək bəlkə də pis ovqat yaratmazdı. İclas ortamını, çıxışların maraqsızlığını və ya yoruculuğunu, zalın temperaturunu səbəb olaraq göstərmək kimi bir istiqamətə də........
