Siçan adam
Hiss edirəm ki, başlıq kimdəsə ikrah, kimdəsə təbəssüm yaradacaq. Kimdəsə isə “Siçan adam necə olur?” marağını oyadacaq. Başlığa görə yazını oxumayanlar da olacaq. Hər halda, tülkü adam, arı adam, it adam, eşşək adam, canavar adam kimi ifadələri zamanla hər birimiz eşitmişik. Siçan adam ifadəsini də eşitmişik. Siçan adamı daha yaxşı tanımaq istəyirsənsə, yazını mütləq oxu.
Adam bir səhər yuxudan durub qəfil siçan olmur ki...
Zamanla öz əli ilə özünü siçan adama çevirir.
Məncə, siçanı hamı tanıyır. Bu məxluq hər kəsdə fərqli assosiasiya yaradır. Uşaqlarda bir cür, böyüklərdə başqa cür... Yəqin fikir vermisiniz, siçanın yerişi belə oğru yerişidir. Fürsət axtarır, başqasının yuvasına girir, nə gördüsə, götürüb qaçır. Elə bilir ki, heç kim görmədi. Amma nə qədər oğurlayırsa, oğurlasın, bütün ömrünü gizlənməyə sərf edir. Bir gözü yeməkdə, bir ayağı qaçaraqda olur. Bir tərəfdən qazandığını düşünür, o biri tərəfdən ələ keçəcəyindən dəli kimi qorxur.
İnsanlar arasında da siçan kimi yaşayanlar az deyil. Bu mənada cəmiyyətin bütün təbəqələrində siçan adamlara rast gələ bilərsiniz. İfadəyə görə üzürlü sayın, nə yazıq ki, siçan müəllim, siçan həkim, siçan jurnalist, siçan yazıçı, siçan nazir, siçan deputat, siçan icra başçısı və başqaları var...
Siçan adamlar etimadı fürsət bilirlər. Başqasının haqqına girməyi bacarıq sayırlar. Oğurluqla, hiylə ilə qazandıqlarını uğur hesab edirlər. Belələri cəmiyyətdə “bacarana can qurban” düşüncəsini formalaşdırırlar. Bilmirlər ki, o “bacaran”........
