menu_open Columnists
We use cookies to provide some features and experiences in QOSHE

More information  .  Close

Peyğəmbərin(ə.s.) yəhudilərlə birgəyaşayış çağrısından “Böyük İsrail” iddialarınadək- Bu gün də sülhə çalışmalıyıq!..

23 0
02.11.2026

Bizi sosial şəbəkələrdən izləyin:

III HİSSƏ — “Böyük İsrail” ideyası, Türkiyə-İsrail qarşıdurması və Azərbaycanın çətin geo-siyasi seçimi...

 

"Başqasının torpaqlarını işğal etmək uğrunda müharibə aparanlar bir gün torpağın altında qalırlar, amma sülh yaradanların adı nəsillərin yaddaşında yaşayır..."

 

"Yaxın Şərqin əsas problemi yəhudilərin, müsəlmanların və xristianların bir-birinin torpağında yaşaması deyil. Əsas problem bir xalqın hüququnun digər xalqın hüququ hesabına təmin edilməsinə çalışan siyasətdir..."

 

" “Böyük İsrail” vahid və hamı tərəfindən qəbul edilmiş rəsmi dövlət proqramı deyil. Bununla belə..."

"Qüdsdə məscidlərin minarələrindən azan səsi eşidilsin, sinaqoqlarda yəhudilər ibadətlərini təhlükəsiz yerinə yetirsinlər, Betlehemdə və Qüdsdə kilsələrin zəngləri azad səslənsin!.."

"Türkiyənin, Azərbaycanın, İsrailin, Fələstinin, İranın və bütün region dövlətlərinin uşaqları müharibə səsləri ilə deyil, məktəb zəngi ilə oyansınlar!.."

"Heç bir dövlət başqa dövlətin ərazisini zorla ələ keçirməyə çalışmasın. Heç bir xalq digər xalqı öz tarixi vətənindən qovmasın. Heç bir din nifrət və müharibə alətinə çevrilməsin!.."

-DÜŞÜNCƏ BOXŞASI...-

(II hissə burada: )

 

İlk iki hissədə Məhəmməd Peyğəmbərin (s.ə.s.) yəhudilərlə münasibətlərindən, Mədinə müqaviləsindən, müsəlman-yəhudi birgəyaşayışının tarixi nümunələrindən, siyasi sionizmin yaranmasından, Fələstin probleminin formalaşmasından və Qəzza faciəsindən bəhs etdik.

 

İndi isə məsələnin daha mürəkkəb geo-siyasi tərəfinə keçək.

 

Son illərdə Yaxın Şərqdə baş verən hadisələr, İsrailin Qəzza zolağında və İordan çayının qərb sahilindəki siyasəti, Livan və Suriyadakı hərbi fəaliyyəti, Türkiyə ilə münasibətlərinin kəskin pisləşməsi və Azərbaycanın həm Ankara, həm də Təl-Əvivlə strateji əməkdaşlığı mühüm bir sualı aktuallaşdırır:

 

“Böyük İsrail” ideyası nədir, onun real siyasi tərəfdarları kimlərdir və bu ideya Türkiyə ilə Azərbaycanın maraqlarına təsir göstərə bilərmi?..

 

“Vəd edilmiş torpaqlar” və “Böyük İsrail”: dini inanc, yoxsa siyasi proqram?..

 

Yəhudi dini ənənəsində Allahın İbrahimə və onun nəslinə torpaq vəd etməsi barədə təsvirlər mövcuddur. Tövratın “Yaradılış” kitabının 15:18–21-ci ayələrində Nil çayından Fərat çayına qədər uzanan əraziyə dair ifadə yer alır. Lakin bu dini mətnin müasir siyasi sərhədlər üçün konkret göstəriş olduğunu söyləmək düzgün deyil. Yəhudi dini və siyasi icmaları arasında bu məsələyə münasibət müxtəlifdir. Bir çox yəhudi dini xadimi və təşkilatı dini mətnlərin ərazi ekspansiyasına bəraət qazandırmaq üçün istifadəsinə qarşı çıxır...

 

“Böyük İsrail” və ya ivrit dilində “Eretz Yisrael HaShlema” – “Bütöv İsrail torpağı” anlayışının da müxtəlif siyasi şərhləri var.

 

Bir istiqamət İsrailin 1967-ci ildə nəzarətinə keçmiş Fələstin ərazilərinin, Şərqi Qüdsün və Colan təpələrinin daimi olaraq İsrailin tərkibində saxlanmasını müdafiə edir. Digər, daha maksimalist dini-siyasi təsəvvürlərdə isə İordaniyanın müəyyən ərazilərini, hətta Nil-Fərat arasındakı geniş coğrafiyanı əhatə edən xəritələr təqdim olunur...

 

Ancaq mühüm məqam budur: bütün yəhudilər, bütün sionistlər və İsrail cəmiyyətinin hamısı bu ideyanı dəstəkləmir. “Böyük İsrail” vahid və hamı tərəfindən qəbul edilmiş rəsmi dövlət proqramı deyil. Bununla belə, həmin ideyanı açıq şəkildə müdafiə edən siyasi şəxslərin və məskunlaşma hərəkatlarının mövcudluğu danılmazdır...

 

Bu ideyanın tarixi müəllifləri və siyasi daşıyıcıları kimlərdir?..

Teodor Herzl...

 

Siyasi sionizmin əsas banilərindən olan Teodor Herzl 1896-cı ildə “Yəhudi dövləti” əsərini yazıb, 1897-ci ildə Birinci Sionist Konqresini təşkil edib. Lakin onu müasir dövrdə müzakirə edilən Nil-Fərat arasında “Böyük İsrail” layihəsinin birbaşa müəllifi adlandırmaq düzgün deyil. Herzl gələcək dövlətin sərhədlərini radikal dairələrin bugünkü maksimalist təsəvvürlərindəki kimi müəyyənləşdirməmişdi...

 

Vladimir Jabotinski...

 

Revizionist sionizmin banilərindən olan Jabotinski İordan çayının hər iki sahilində yəhudi milli dövlətçiliyini müdafiə edən mövqeyi ilə tanınır. Onun “İordan çayının iki sahili” ideyası sonradan revizionist sionizmin və “Likud” siyasi ənənəsinin ideoloji irsinə təsir göstərib. Lakin Jabotinskinin baxışlarını bütün sionistlərin və İsrail siyasi sisteminin dəyişməz proqramı kimi təqdim etmək olmaz...

 

Oded Yinon…

 

1982-ci ildə israilli müəllif Oded Yinon “A Strategy for Israel in the Nineteen Eighties” “1980-ci illərdə İsrail üçün strategiya” adlı məqalə dərc etdirib. Məqalədə İsrailin regional təhlükəsizliyi, ərəb dövlətlərinin daxili ziddiyyətləri və onların parçalanması ehtimalları müzakirə olunur.

 

Bu yazı Yaxın Şərqin parçalanması və İsrailin regional strategiyası barədə müzakirələrdə tez-tez xatırlanır. Lakin Yinonun məqaləsinin İsrail hökuməti tərəfindən təsdiqlənmiş rəsmi dövlət proqramı olduğunu sübut edən sənəd yoxdur. Onu müəyyən strateji baxışın ifadəsi kimi təhlil etmək daha doğrudur…

 

Müasir dövrdə “Böyük İsrail” ideyasını kimlər müdafiə edir?..

 

Bu məsələdə konkret siyasi şəxslərin bəyanatlarına və fəaliyyətinə nəzər salmaq lazımdır.

 

Bezalel Smotriç…

 

İsrailin maliyyə naziri Bezalel Smotriç dini-millətçi siyasi düşərgənin tanınmış nümayəndəsidir. O, işğal altındakı İordan çayının qərb sahilinin ilhaqını və yəhudi yaşayış məntəqələrinin genişləndirilməsini açıq şəkildə müdafiə edir.

 

2023-cü ilin martında Parisdə çıxış edərkən onun dayandığı tribunada İordaniyanın hər iki sahilini əhatə edən “Böyük İsrail” xəritəsinin təsvir olunması ciddi diplomatik narazılığa səbəb olmuşdu…

 

2025-ci ilin sentyabrında isə Smotriç İordan çayının qərb sahilinin böyük hissəsinin İsrail suverenliyinə keçirilməsini nəzərdə tutan xəritə və plan təqdim etmişdi. O, bu yanaşmanı “maksimum ərazi, minimum fələstinli əhali” prinsipi ilə izah edirdi...

 

İtamar Ben-Qvir…

 

İsrailin milli təhlükəsizlik naziri olmuş İtamar Ben-Qvir də radikal dini-millətçi düşərgənin nümayəndəsidir. Onun Əl-Əqsa məscidinin yerləşdiyi Haram əl-Şərifə – yəhudilərin “Məbəd dağı” adlandırdığı əraziyə səfərləri və burada yəhudi ibadətinin genişləndirilməsini müdafiə etməsi regionda ciddi........

© Moderator