menu_open Columnists
We use cookies to provide some features and experiences in QOSHE

More information  .  Close

"Rusiyanın TDT-yə girməsindənsə, TDT-nin MDB-yə daxil olması daha yaxşı olar..."

32 0
03.11.2026

Bizi sosial şəbəkələrdən izləyin:

"Özünün eyni soykökdən olan qonşusunun torpaqlarını işğal edən, dinc əhalisini soyqırımına məruz qoyan  təcavüzkar bir dövlətin Türk dövlətlərinin təşkilatında nə işi var?!."

 

Türk(!) Dövlətləri Təşkilatının (TDT) Ankarada keçirilən 13-cü, elin mövhumat dilində desək, nəhs Zirvə görüşündə- sammitində əcaib-qəraib fikirlər səsləndi. Onlardan birinin müəllifi isə Qazaxıstan Prezidenti Qasım-Comərd(!) Tokayev oldu. O, Rusiyanın da bu mötəbər Türk(!) təşkilatına cəlb olunmasını, ona ya müşahidəçi statusu verilməsini, ya da “TDT ” formatında iştirakının təmin edilməsini təklif etdi.

 

Açığını deyim, bəndəniz üçün bu, o qədər də gözlənilməz olmadı. Çünki Trükiyə lideri Ərdoğanın iştirak etmədiyi bəzi toplantılarda digər Türk(!) liderlərin öz aralarında rus dilində danışmalarına şahid olduqdan sonra burada Moskvanın barmağının ola biləcəyini düşünməyə başlamışdım...

 

Peskov isə, sanki əvvəlcədən qum saatını qurmuşdu. Tokayevin təklifindən heç bir gün keçməmiş Kremlin reaksiyası gəldi. Rusiya Prezidentinin mətbuat katibi bildirdi ki, Moskva Rusiyanın TDT-də iştirakını “tamamilə başadüşülən və məqsədəuyğun” hesab edir. Bununla belə, hələlik təşkilata qoşulmaq........

© Moderator