“Ərdoğanın suçunu kampaniya edib Azərbaycanın yenidən Rusiyanın ağuşuna atılmasına rəvac verməyək...”
11
0
19.05.2025
Bizi sosial şəbəkələrdən izləyin: “Amerikalılar və ruslar olaraq bir-birimizə saldırmayı buraxalım – artıq türklərə qarşı birləşəlim... Anlaşdıkmı?- Anlaşdıq...” “Türkiyə liderinin Azərbaycana yönəlik son çıxışı sanki 9 mayda İmişlidən verilən bu təxribatçı mesaja “haqq qazandırmağa” yönəldi və “5-ci kalonun”, rusiyapərəstlərin ağzına dil atdı: “Gördünüz Tükiyənin etibarını? Bəs nooldu? “Türkiyə ilə qardaş idiniz?”...” “...Tarixdən yalnız mehribanlığımızı, dostluğumuzu, ümumi düşmənlərə qarşı birgə savaşmağımızı nümunə gətirək...” “Oğul, 1918-də Osmanlı Türkiyəsi, Nuru paşa gəlməsəydi, nə biz Laçında, Qarabağda yaşayacaqdıq, nə də Azərbaycan olacaqdı... Nuru paşa(yaxud Ənvər paşa), səni görüm min yaşa!..” “Azərbaycan və Türkiyə olaraq bir-birimizə saldırmayı buraxalım – artıq düşmənlərə qarşı birləşəlim... Anlaşdıkmı?- Anlaşdıq...” -GÜNÜNÜZ AYDINLIQLA BAŞLANSIN!..- ...Bu günlər Rusiyanın Azərbaycandakı “5-ci kalon”u, həmçinin İranın şovinist dairələrinin yetişdirdiyi “əsil möminlər - şiə”lər – iranpərəstlər bayram edir: Azərbaycanın mediası, sosial şəbəkə cameəsi var gücləri ilə Ərdoğanın -Türkiyənin üzərinə hücuma keçib... ...Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanın “Çaldıran türk, kürd, ərəbin ortaq qələbəsidir” sözləri, Şah İsmayıl Xətayinin Osmanlıya münasibəti haqda söylədikləri istər Türkiyənin özündə, istərsə də Azərbaycanda milli və strateji düşüncəyə malik insanlarda heyrət doğurdu... ...Öncə sual yaranır: 22 ildir Türkiyəyə liderlik edən, Azərbaycan və digər müsəlman, türk ölkələrində məhz müsəlman, türk təəssübkeşliyini nümayiş etdirən çıxışlarına görə sevilən, ən nəhayət, Azərbaycanın işğal altındakı Qarabağ, Zəngəzur torpaqlarının azad edilməsində çox önəmli payı olan təcrübəli, peşəkar, özü də ağsaqqal, müdirik yaşında bir siyasətçi bu........
© Moderator
visit website