menu_open Columnists
We use cookies to provide some features and experiences in QOSHE

More information  .  Close

“Mən Azərbaycanın müstəqilliyinin bərpasından nə qazandım?..”

20 0
19.10.2026

Bizi sosial şəbəkələrdən izləyin:

“Bunlar mənim üçün pulla ölçülməyəcək mənəvi sərvətlərdir. Çünki insanın öz dövlətinin müstəqilliyini, öz bayrağının dalğalanmasını, öz ordusunun torpaqlarını azad etməsini görməsi, doğma yurdunun havasını udması hər hansı maddi qazancdan qat-qat qiymətlidir...”

 

...35 il öncə Azərbaycan xalqının böyük əksəriyyətinin, xüsusən də gənclərin, tələbələrin ürəyi bir amal uğrunda döyünürdü: müstəqillik, azadlıq, suverenlik, Qarabağ- ərazi bütövlüyü!..

 

Nəhayət, 18 oktyabr 1991-ci ildə o vaxt hələ rəsmən Azərbaycan SSR Ali Soveti adlanan parlamentimiz Azərbaycanın dövlət müstəqilliyinin bərpası haqqında Konstitusiya Aktını qəbul etdi. Əlbəttə, Ali Sovetdə müstəqilliyin əleyhinə səs verənlər olduğu kimi, cəmiyyətdə də ona qarşı çıxış edənlər oldu. Əslində, SSRİ kimi nəhəng bir imperiyadan hüquqi cəhətdən yenicə qurtulmaqda olan ölkədə 15–20 deputatın müstəqil dövlətçilik əleyhinə səs verməsi, yaxud 100–200 min vətəndaşın hələ də Moskvanın nökəri kimi yaşamağa üstünlük verməsi təbii hal idi. Ən qəribəsi və təəssüf doğuranı isə budur ki, o zaman parlamentdə müstəqilliyin lehinə səs verənlərin, cəmiyyətdə, müxtəlif siyasi təşkilat və partiyalarda ona dəstək verənlərin də bir qismi cəmi 2–3 il sonra müstəqilliyə qarşı çıxanlarla eyni cəbhədə yer aldı. Dildə azadlıqdan, müstəqillikdən, demokratiyadan dəm vursalar da, mahiyyət etibarilə bunların əleyhinə oldular...

 

Birincilər üçün müstəqilliyin əleyhinə səs vermək və ya açıq şəkildə ona qarşı çıxmaq, əsasən, sovet ideologiyasına əqidəvi bağlılıqdan deyil, hələ öz yerində olan Mərkəzdən — Kremldən qorxudan, yaxud birbaşa SSRİ........

© Moderator