menu_open Columnists
We use cookies to provide some features and experiences in QOSHE

More information  .  Close

VƏTƏNDƏN UZAQDA, VƏTƏNƏ YAXIN... - Deputat yazır

35 0
15.08.2026

Ceyhun Məmmədov, 

Milli Məclisin deputatı

***

Əvvəlcə xəyalları sən qurursan. Zaman keçdikcə isə anlayırsan ki, əslində, qurduğun xəyallar səni inşa edir. İnsan özünün memarıdır. Bu gün olduğun insan, illər əvvəl xəyalını qurduğun, planını cızdığın və olmaq istədiyin insanın nəticəsidir.

Taleyin mənim üçün yazdığı yol məni gənclik illərində Vətəndən uzaqlara apardı. Lakin qəribədir ki, Vətəndən uzaqlaşdıqca düşüncələrim ona daha da yaxınlaşdı. Gənclik illərimin bir hissəsini Ərəbistan yarımadasının isti iqlimində, səhranın və dənizin bir-birinə qovuşduğu fərqli bir coğrafiyada keçirdim. Bəzən Ədən körfəzinə açılan dənizə, bəzən də səhranın sonsuzluğuna baxırdım. İsti küləklərin gətirdiyi qum, sahilə toxunan duzlu su və uzaqlara uzanan üfüqlər mənim üçün tamam başqa bir dünyanın mənzərəsi idi. Hər gün gördüyüm bu fərqli təbiət mənə öz Vətənimin torpağını, yaşıllığını və uşaqlıq mənzərələrini daha çox xatırladırdı.

Qarşımda tamamilə fərqli bir həyat vardı. Başqa coğrafiya, başqa iqlim, başqa dil, başqa adətlər, başqa insanlar... Öyrəşdiyim mühitdən uzaqda yaşayır, təhsil alır, hər gün yeni bir şey öyrənirdim. Ən yaxın insanlarım uzaqda idi. Ətrafımdakı insanlar isə əvvəlcə mənim üçün yad idi. Zaman keçdikcə onların arasında doğmalaşanlar oldu.

Bəzən səhrada qumun üzərində gəzirdim. Qum ayaqlarımın altında yanırdı. Amma insan bir müddət sonra anlayır ki, qürbətin də öz yandıran istisi var. Bu istilik yalnız günəşdən və qumdan gəlmir. Doğmalarından uzaqda olmaqdan, tanımadığın bir mühitdə yaşamaqdan, gələcəyinin necə olacağını bilməməkdən yaranan bir istilikdir. İnsan bəzən ən yaxınlarını uzaqda qoyub yadların arasında özünə yeni bir həyat qurmalı olur.

Və mənim üçün bu uzaqlığın içində başqa bir uzaqlıq da vardı — Cəbrayıldan uzaqlıq.

Dənizə baxdığım uzun saatlarda düşüncələrim bəzən minlərlə kilometr uzaqdakı doğma torpaqlara gedib çıxırdı. Uşaqlığımın keçdiyi ev, həyətimiz, Cəbrayılın torpağı, atamla birlikdə gördüyümüz işlər, uzun söhbətlərimiz, onun mənə verdiyi nəsihətlər bir-bir gözümün önündə canlanırdı. O vaxt bəzən düşünürdüm ki, atam niyə məni bu qədər sıxır, niyə bu qədər tələbkardır. İllər keçdikcə isə onun davranışlarının arxasındakı qayğını daha yaxşı anlamağa başladım. Bəlkə də o, məni həyata hazırlamaq, qorumaq və qarşıma çıxacaq çətinliklərə hazır görmək istəyirdi.

Bu gün atam yanımda deyil. Amma insanın qəribə bir taleyi var: bəzən bir insanın yoxluğunu illər keçdikcə daha dərindən hiss edirsən. Atamın səsini, söhbətlərimizi, nəsihətlərini xatırladıqca anlayıram ki, onun həyatının ağırlığını və bizi böyütmək üçün keçdiyi çətin yolu o vaxt tam dərk edə bilməmişəm.........

© Mia.az