menu_open Columnists
We use cookies to provide some features and experiences in QOSHE

More information  .  Close

Regionda geosiyasi transformasiya və Türk dünyasının tarixi məsuliyyəti - Professor yazır

30 0
12.04.2026

 

Saleh Məmmədov,

Professor

***

Giriş

XXI əsrin ilk onillikləri dünya siyasətində yeni geosiyasi transformasiya mərhələsinin başlanğıcı kimi xarakterizə olunur. Qlobal güc balansının dəyişməsi, köhnə imperiya strukturlarının zəifləməsi və regional güc mərkəzlərinin formalaşması beynəlxalq münasibətlər sistemində yeni dinamika yaratmışdır. Bu dəyişikliklərin ən çox hiss olunduğu məkanlardan biri isə Yaxın və Orta Şərq, Qafqaz və Avrasiya regionudur.

Son yarım əsr ərzində bu region müxtəlif ideoloji, siyasi və imperiya maraqlarının toqquşduğu bir geosiyasi məkana çevrilmişdir. Müharibələr, vətəndaş qarşıdurmaları, terrorizm, dini radikalizm və böyük dövlətlərin rəqabəti nəticəsində region xalqları davamlı qeyri-sabitlik və təhlükəsizlik böhranı ilə üzləşmişdir.

Bu baxımdan müasir geosiyasi proseslərin mahiyyətini anlamaq üçün regionda formalaşmış iki əsas güc və ideoloji sistemin təsirini nəzərdən keçirmək zəruridir.

İran teokratik sisteminin regional təsiri

1979-cu ildə baş vermiş İran İslam İnqilabı regionun siyasi sistemində köklü dəyişikliklər yaratdı. Bu hadisə yalnız bir ölkədə hakimiyyət dəyişikliyi deyildi; o, regionda yeni ideoloji modelin formalaşmasına səbəb oldu.

İnqilab nəticəsində yaradılmış teokratik idarəetmə modeli İranın daxili siyasi quruluşunu dəyişdirməklə yanaşı, regionda ideoloji ekspansiya siyasətinin əsasını qoydu. Nəticədə Yaxın Şərqdə və ətraf regionlarda müxtəlif silahlı qruplar, siyasi hərəkatlar və geosiyasi qarşıdurmalar meydana çıxdı.

Bu siyasət son yarım əsrdə regionun bir çox ölkələrində sabitliyin pozulmasına və uzunmüddətli münaqişələrin yaranmasına səbəb oldu. Buna görə........

© Mia.az