Qara mələklər
Əli Cabbarov,
Naxçıvan Dövlət Universitetinin dosenti
***
Azərbaycan xalqına, onun müstəqil dövlətinin torpaq bütövlüyünə qarşı törədilmiş cinayətlərdə ittiham olunan erməni mənşəli cinayətkarların Bakıda davam edən məhkəmə prosesində verdikləri ifadələr, həmçinin sosial mediada bir çox Ermənistan vətəndaşının xalqımıza, bayrağımıza qarşı vəhşiliyini göstərən videolar bu insanların “qara mələk” xislətinin nə dərəcədə dəhşətli olduğunu deməyə əsas verir.
Bir zamanlar işğal altında saxladıqları Qarabağda özlərini “prezident”, “xarici işlər naziri”, “parlament sədri” kimi təqdim etmiş bu şəxslərin “qara mələk” cildindəki iblis, xain, cinayətkar və qatil sifətləri bir-bir ifşa olunduqca 35 il əvvəl Fransadan və Livandan ruh, Rusiyadan isə silah almış erməni separatizmini də tarixin zibillikilərinə birdəfəlik gömən uca ədalət gec də olsa, öz yerin tapır. İndi çarəsizcə dəmir barmaqlıqlar arasında gözləri bərələn bu cinayətkarlar hər nə qədər özlərini guya “kukla” adlandırsalar da, onlar on illər boyunca Azərbaycanın suveren ərazilərində qanunsuz silahlı rejim qurub, beynəlxalq hüququ kobud şəkildə pozaraq bir milyon insanın bədbəxtliyinə bais olmaqla, əslində, “qara mələk” tipindən artıq heç nə deyillər. Bu mənada, separatizmin simaları olmuş bu........
© Mia.az
