menu_open Columnists
We use cookies to provide some features and experiences in QOSHE

More information  .  Close

Azərbaycan poeziyasında qələbə mövzusu.

8 0
21.04.2025

Azərbaycan ədəbiyyatı, xüsusi ilə poeziyamız 30 illdən artıq bir zaman ərzində Qarabağ mövzusunda qiymətli poeziya nümunələri ılə Azərbaycan ədəbiyyatı tarixində dərin iz buraxmışdı. Bu mövzuların əsasını isə torpaq həsrəti, kədər motivli şeirlər təşkil edirdi. 2020-ci iilin aprel hadisələrindən etibarən poeziyamızda mübarizə, qəhraman döyüşçü obrazlı şeirlər yenidən yazılmağa başladı, və poeziyamız qələbə mövzusu ilə canlandı.

Xalqımızın Zəfər bayramı illərlə kədərə bürünmüş, yasa boğulmuş, ictimai kədərin ətrafında dönüb-dolaşan ədəbiyyatın da məhvərinə çevrildi, yaradıcılıq təlatümünə səbəb oldu. 2020-ci ildə ədəbiyyatımız üçün başlıca mövzu, xalqımızın Qələbə hadisəsi, Şuşa zəfəri, torpaqlarımızın işğaldan azad edilməsi missiyası, xalqımıza bu sevinci bəxş edən Müzəffər Ali Baş Komandan və qürur mənbəyimizə çevrilən igid, qəhrəman Milli Ordumuz, şəhid və qazilərimiz oldu. Bu ədəbi hadisəyə fəal qoşulan şair və yazıçıları yeni əsərlərlə gündəmə gələrək ədəbi prosesə rövnəq verdilər. Sabir Rüstəmxanlı, Nəriman Həsənzadə, Rafiq Yusifoğlu, Zahid Xəlil, Füruzə Məmmədli, Şovkət Horovlu, Adilə Nəzər, Esmira Məhinqızı,Xanəli Kərimli, İbrahim Yusifoğlu, Ramiz Babayev, Əbülfəz Ülvi, Hüseyn Bağıroğlu,Elşad Barat, Təranə Arifqızı və yüzlərlə şairlərimiz qələbə mövzusunda şeirlər yazdı.

Akademik İsa Həbibbəyli “Vətən savaşında tarixi zəfər” başlıqlı məqaləsində bu zəfərimizin qazanılmasında çox amillərin var olmasını vurğulayır. Məqalənin ilk cümləsi də zəfərimizin tarixi yol keçməsindən xəbər verir. “Heydər Əliyevdən İlham Əliyevə” bu ifadə bugünkü qələbəmizin 30 illik tarixi yol keçdiyini və ölməz Heydər Əliyev siyasətinin və parlaq hərbi siyasi yekununun möhtəşəm sonluğudur. Akademik bu gün qazandığımız zəfərdə bir çox faktorların rol oynadığını vurğulayır, bu faktorlardan biri də Türkiyə və Azərbaycan qardaşlığıdır. İsa Həbibbəyli yazır: “Təməli Böyük uzaqgörənliklə ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş “Bir millət, iki dövlət” düsturu əsasında möhkəmləndirilmiş Azərbaycan-Türkiyə birliyi və əməkdaşlığı da Vətən müharibəsindəki zəfərin ən mühüm amillərindəndir. Vaxtilə Heydər Əliyevin Türkiyə Cümhuriyyətinin Böyük Millət Məclisində Səsləndirdiyi “Tək millət, iki dövlət” kəlamı əvvəlcə hər iki ölkədə atalar sözünə çevrilmiş, tədricən daha da dərinləşərək iki qardaş ölkə arasındakı münasibətlərin strategiyası statusu qazanmışdır” (İsa Həbibbəyli).

Ali Baş Komandanın bu savaş əmri ilə də yola çıxdıq, elə zəfərimiz də bu inamdan güc aldı. Poeziyamızın ana xətti də bu savaş əmrindən ruhlandı. İlk öncə “Qarabağ Azərbaycandır!” mövzusunda şeirlər qəzet və jurnallarımızın səhifəsin bəzədi.

Qarabağ mövzusunun ilk tədqiqatçılarından olan filologiya elmləri doktoru Mərziyyə Nəcəfova sözü gedən mövzuda ilk monoqrafiyası olan “Poeziyamızın Qarabağ savaşı-Vətən müharibəsi” əsərində yazırdı: “Bu gün qazandığımız zəfər ədəbiyyatımıza da bir rəngarənglik, bir gözəllik abu-havası gətirdi, bu gün ədəbiyyatımız əsasən uğurlarımızdan, qələbə sevincimizdən, birlik və bərabərliyimizdən, Türkiyə və Azərbaycan qardaşlığından, qəhraman Azərbaycan əsgərlərindən və torpaqlarımız uğrunda, qazandığımız qələbə yolunda canlarını qurban verən müqəddəs Şəhidlik mövzusundan bəhs edir. Torpaq azadlığından doğan sevincin poetik ifadəsi isə poeziyamızın ana xəttini təşkil edir. Bu tipli şeirlər əsasən “Qarabağ Azərbaycandır” başlığı altında birləşib”

Dünya-dünya olan gündən
Varlığımız ona Vətən,
Biri ürək, biri bədən;
Hər ikisi ulu torpaq –
Azərbaycandır Qarabağ!

(Vahid Əziz, “Azərbaycandır Qarabağ”)

Şövkət Zərin Horovlu neçə illik torpaq həsrətini içində ovuda bilmədiyi kimi, şeirlərində də misralara sevincini sığdıra bilmir. Zəfərimizin açarının haqdan, ədalətdən gəldiyini deyən şair tarixə üz tutur.

Qalxıb gələr Pənahəlixan,
Sultan ağa da laçından
Bir səs ucalar Şuşadan,
O xan qızı Natəvandı,
Qarabağ Azərbaycandır.

Dünənin sərkərdələri, Sultan ağaları, Natəvanları keçmişimizin bizə ərmağanları olduğu kimi, bu günümüzün qorxu bilməyən, cəsur, mərd, geri dönməyən əsgərlərinə inam və güvənimiz böyükdür. Zəfərimizin bir gücü də elə........

© dibace.net