Qarabağ mövzusunda yazılmış hekayələrdə əsgər anası
Qarabağ müharibəsi təkcə ön cəbhədə deyil, arxa cəbhədə də saysız-hesabsız izlər buraxıb. Qarabağ təkcə bir coğrafi ərazi deyil, Azərbaycan xalqının yaddaşında və ədəbiyyatında dərin iz buraxmış mənəvi bir məkan, milli kimliyimizin rəmzidir. Uzun illər davam edən münaqişə, işğal və sonda əldə edilən zəfər bu torpaqları xalq üçün daha da müqəddəsləşdirmişdir. Ədəbiyyat isə bu tarixi hadisələrin, yaşanmış ağrıların və qələbə duyğularının güzgüsü olmuşdur. Qarabağ mövzusunda yazılmış hekayələrdə təkcə döyüş səhnələri və qəhrəmanlıq hadisələri yox, həm də insan taleləri, ailə faciələri, anaların, bacıların, övladların ağrıları öz əksini tapır. Bu hekayələrdə ən təsirli və unudulmaz obrazlardan biri də ana obrazıdır. Bu izlərin ən dərinini isə əsgər analarının qəlbində tapmaq olar. Müharibə ilə bağlı yazılmış hekayələrdə əsgər anası obrazı həm mənəvi gücün, həm də dözülməz ağrıların təcəssümüdür. O, yalnız oğlunu döyüşə yola salan qadın deyil, həm də vətənin taleyini öz taleyi ilə bağlayan bir simadır. Qarabağ hekayələrində bu obraz vasitəsilə müəlliflər təkcə fərdi faciəni deyil, milli dərdi də oxucuya hiss etdirməyə çalışırlar. Əsgər anasının keçirdiyi hisslər bir çox hallarda sözlə ifadə olunması çətin olan duyğular silsiləsidir. O, bir tərəfdən övladını vətənə əmanət etdiyinə görə qürur hissi yaşayır, digər tərəfdən isə bu əmanətin geri dönməyəcəyi qorxusu ilə yaşamaq məcburiyyətində qalır. Bu duyğuların kəsişdiyi nöqtədə isə bir ana qəlbinin sarsılmazlığı, səssiz fəryadı və sonsuz duası dayanır. Qarabağ hekayələrində ana obrazı sadəcə ağlayan, yas tutan bir qadın kimi deyil, əksinə, bəzən oğlunun qəhrəmanlığı ilə fəxr edən, onu şəhid olaraq itirsə belə, başı dik gəzən bir sima kimi verilir. Onun hər göz yaşında həm bir övladın həsrəti, həm də vətən üçün edilən fədakarlığın izləri görünür. Qarabağ müharibəsi Azərbaycanın yaddaşında silinməz izlər buraxmış qanlı və iztirablı bir dövr kimi qalır. Bu müharibə yalnız silah səsləri ilə deyil, həm də evlərə düşən xəbər kağızları, səssiz dualar, nigaran gözlər və ömür boyu bitməyən həsrətlə yadda qalıb. Müharibə mühiti insan talelərini dəyişdirib, minlərlə ailəni sınağa çəkib, xüsusilə anaların qəlbində sağalmaz yaralar açıb. Bu dövrdə yazılan hekayələr, müharibənin təkcə cəbhədə deyil, insanların daxili dünyasında necə izlər qoyduğunu göstərir. Ətrafda qorxu, qeyri-müəyyənlik və həyəcan hökm sürərkən, əsgər analarının yaşadığı psixoloji yük, onların səssiz qəhrəmanlıqları ədəbi nümunələrdə xüsusi yer tutur. Qarabağ hekayələrində müharibənin yaratdığı bu ağır atmosfer əsgər anası obrazı ilə daha da dərin və təsirli şəkildə oxucuya ötürülür.Bu mövzuya toxunan yazıçılar ana obrazını sadəcə sentimental bir surət kimi deyil, mənəvi güc mənbəyi kimi təqdim edirlər. Qarabağ mövzusunda demək olarkı bir çox yazıçılarımız müxtəlif hekayələr qələmə almışlar bunlara misal olaraq Mərziyyə Səlahəddin, Elçin Mehrəliyev, Mənzər Niyarlı, Əlisəfa Azayev misal çəkə bilərik. Qarabağ mövzusunun yer aldığı hekayələr sırasında Mərziyyə Səlahəddinin “Bir ovuc torpaq”, “Şəhid anası”, “ Şairin səsi” hekayəsini nümünə göstərə bilərik. Hekayənin məzmunu belədir. Hekayə yay aylarının dözülməz istisində oğlunu hərbi xidmətə göndərmiş bir ananın duyğularını və yaşantılarını əks etdirir. Ananın narahatlığı hər keçən gün artır; o, oğlunun bu bürküdə necə dözdüyünü düşünür, nə yeyib-içdiyini, necə yatdığını təsəvvür etməyə çalışır. Azərin xidmət etdiyi yerin çətin şəraiti, ağacsız və kölgəsiz düzənlikdə yerləşməsi ananın içindəki qorxuları daha da dərinləşdirir. Bir gecə ana narahat yuxulara dalır. Yuxusunda Azəri əsgər formasında, tərləmiş və qaralmış halda görür. Azər torpağın üzərində qır qaynadır, ancaq bu, adi bir mənzərə deyil əsgər libasında torpağa yaydığı ərimiş qır sanki onun öz varlığı ilə........
© dibace.net
