menu_open Columnists
We use cookies to provide some features and experiences in QOSHE

More information  .  Close

Bu tarixdə Ermənistan Azərbaycanın olacaqdı...

35 0
23.09.2026

Ermənistanda fəaliyyət göstərən bir memar var - Vruyr Qoçaryan. Arada-sırada Feysbuk və İnstaqram səhifələrində memarlıq abidələrinin şəkillərini paylaşmaqla ün qazanıb. Amma görünür, Ermənistanda getdikcə aktivləşən siyasi prosesləri görüb, o da bu sahəyə öz töhfəsini vermək fikrinə düşüb.

Elə bu məqsədlə də 2 gün əvvəl Feysbuk səhifəsində “Hamımız Qarabağ hərəkatına borcluyuq” sərlövhəli bir status paylaşıb. Yəni bir növ, məşhur lətifədə deyildiyi kimi, “təndiri isti görüb bir əppək də mən yapım” deyib. Yapdığı əppək də nə olsa yaxşıdır? Erməni memar Ermənistanda və Qarabağda etnik təmizləmə cinayətini törədən “Qarabağ hərəkatı”na təşəkkür edərək yazıb:

“Təsəvvür edin, əgər “Qarabağ hərəkatı” olmasaydı, bu gün Ermənistanda təxminən 1 milyon azərbaycanlı yaşayardı və parlamentdəki yerlərin təxminən 30%-i onlara məxsus olardı. Onların demoqrafik tempini nəzərə alsaq, 2070-ci ildən sonra onların ölkəmizdə çoxluq təşkil etmələri də mümkündür”.

Onun fikrincə, əgər Qarabağ hərəkatının Ermənistan Respublikasında fiziki iştirakı olmasaydı, təxminən 100 ildən sonra Ermənistanın 100%-i Azərbaycan torpağına çevrilə bilərdi.

“Qarabağ hərəkatı”na və onun iştirakçılarına təşəkkür edirəm. Onların sayəsində nəslimiz düzgün addımlar atıb inkişaf etsə, Ermənistan Respublikasının gələcəyini........

© axar