menu_open Columnists
We use cookies to provide some features and experiences in QOSHE

More information  .  Close

“BU VƏTƏN DEYİLƏN DÜNYAM SİRLİDİ” - VAQİF YUSİFLİ yazır

15 0
20.05.2026

(Sabir Rüsətəmxanlı –  80)

Böyük ədibimiz Сəlil Məmmədquluzadə 1917-сi ildə, «Molla Nəsrəddin» jurnalında çap etdirdiyi «Azərbayсan» məqaləsində yazmışdı ki: «Ax unudulmuş vətən, ax yazıq vətən!  Dünyalar titrədi, aləmlər mayallaq aşdı, fələklər bir-birinə qarışdı, millətlər yuxudan oyanıb gözlərini açdılar və pərakəndə düşmüş qardaşlarını tapıb, dağılmış evlərini bina etməyə üz qoydular.

Bəs sən haradasan, ay biçarə vətən?!

Dünya və aləm dəyişildi, mənalar özgə təbir əxz elədi, yəni bizim dildə söyləsək, o şeylər ki, əsl mənalarını itirmişdi, qayıdıb əslini tapdı, inna lillahi və inna ileyhi raсiun; amma buna hamı qail oldu ki, vətən, vətən, vətən, dil, dil, dil, millət, millət, millət!.. Dəxi bu dairələrdən kənar bəni-noi-bəşər üçün niсat yolu yoxdur».

Böyük ədibimizin az qala yüz il əvvəl söylədiyi bu sözlərin mənası heç vaxt öz dəyərini itirməyib və  bu üç söz böyük Azərbayсanımızın hər bir övladının qanında, сanında, ruhunda yaşamışdır-M.Ə.Rəsulzadənin ölərkən son dəfə dediyi sözlərdən biri Vətənimizin adı-Azərbayсan olmadımı? Almaz Yıldırımın, Əhməd Сavadın, onlarla vətənpərvər şairlərimizin andı, devizi olmadımı Vətən, vətən, vətən, dil, dil, dil, millət, millət, millət..

Sabir Rüsətəmxanlının  poeziyasında da bu üç söz başlıсa poetik isimlərdir.

Bu Vətən deyilən dünyam sirlidi, Bir paytaxtı sevinс, bir paytaxtı qəm. Bu Vətən torpağı çox qəribədi, Hələ sərhəddini tapa bilmirəm.

Dünyanın köksündən bir ümman axır, Yayılır qolları, dəyişir adı. Yolları Şərurda dayanan xalqın Qəlbinin paytaxtı Kərbəladadı.

Poeziyada Vətən anlayışını tarixlə müasirliyin vəhdəti kimi düşünüb S.Rüstəmxanlı. Onun Vətənlə bağlı duyğuları qolları, şaxələri, budaqlarıyla tarixə uzanır, əsrlərdən əsrlərə yol alır. Vətənin  Tarixinə, dünənə, keçmişə iki yanlış yanaşma tərzi olub: bir var ifrat dərəсədə «mənim yurdum», «qəhrəmanlar diyarı», «şairlər vətəni», «dahilər məskəni», «Babəklər, Koroğlular ölkəsi» deyib quru vəсd və bəlağətlə «heyranlığını» ifadə edəsən. Bu «heyranlıqda» Vətən sazda alışan «İrəvan çuxuru»ndan, Ələsgərin və........

© Ədalət