AZƏRBAYCAN QADINI - Qulu Ağsəs yazır
Martın 8-ni dünyanın hər yerində qeyd edirlər - kəndimizdən haşqa. Həmin gün bizim xanımlar, adəti üzrə, ərlərinin qulluğunda durur, obaşdan çayın-çörəyin verir, günortalarına soyutma kartof-yumurta tədarük eləyir, axşam darvazadan girən təki əlinə su tökür, ayaqlarını təndirdən pörşələnə-pörşələnə çıxmış vedrəyə salır, kürəyini ovur, belinə banka qoyurlar. Kişilər də, bir qayda olaraq, arvadlarını söyür, hədələyir, qayınlarını ələ salır, uşaqlarını dayılarına oxşamamağa çağırırlar. Bu, bütün kənddə belədi; amma hamının ailə gizlinləri qaya koluyla çəpərlənib, ordan kənara atlanmır. Bir kopolu........
