ÇAYXANADAN YIĞILMIŞ FUTBOLÇULAR - AQİL ABBAS yazır
Deməli, 70-ci illərdir. Bakıda Azərbaycan üzrə futbol turniri keçirilir. Ağdama da xəbər göndəriblər ki, futbolçular yarışa gəlməlidirlər. Yay idi. Bütün futbolçular hərəsi bir yerdədi. Kimi bağda, kimi dağda, kimi Rusiyada, kimi alverdə, kimi də Şuşa da kef edir...
Allahverdi Bağırov komandanı bir yerə yığa bilmir. Rəhmətlik gəlir Fazil müəllimin kinoteatrının arxasındakı çayxanaya. Deyir ki, uşaqlar, bizi yarışa çağırıblar. Getməsək, bizə cərimə yazacaqlar. Məsul cəmiyyətin yarışıdır deyə bizi növbəti yarışlardan qova bilərlər. Mütləq getməliyik.
Kim futbol oynaya bilirsə, qalxsın ayağa. Aparacam Bakıya, 4-5 gün orda qalıb yeyib-içməyi mənlikdir. Lap uduzsaq da, eybi yoxdur. Əsas odur cərimə almayaq. Təxminən 10-15........
