menu_open Columnists
We use cookies to provide some features and experiences in QOSHE

More information  .  Close

Umudlu və uğurlu sevgi yaşamaq İSRARI - Əbülfət MƏDƏTOĞLU yazır

12 0
thursday

Bir deyim var, o qədər dəqiq deyimdir ki, onu xatırlamaq da, dilə gətirmək də mənim üçün çox mənalar ifadə edir. Dünyanın altını və üstünü yaxşı bilən kamil insanlar bəlkə də bir araya gəlib bu deyimi formalaşdırıblar. Həmin o kamil insanlar deyiblər ki, «Dünya bir pəncərədi...» və sonra yəqin elə onların özləri də əlavə ediblər ki, «hər gələn baxıb gedər!». Bax, bu mənada hər gün, elə bu yazını diktə etdiyim vaxtda da baxıram, özü də lap uzaqlara baxıram. Gözüm o uzaqlığı görməsə də, o sərhədi aşıb keçməsə də mənə elə gəlir ki, o uzaqlıqdakı, o gözümün görmədiyi, amma ürəyimin gördüyü məsafədəki Sən elə mənim dünyamın özüsən və mən də öz dünyama ürəyimin gözü ilə baxıram... Baxıram və düşünürəm. O dünya da görəsən pəncərədi? Və nədən insanlar dünyanı iki yerə bölüblər. İksi də bir səslə, bir sözlə, bir işarə əvəzliyi ilə ifadə olunub: O və Bu! 

Sonra da deyirlər ki, o dünya və bu dünya. Doğrudur, müqəddəs dinimizə sayqılı olanlar o dünyanı axirət də adlandırırlar, beyihşt də deyirlər. Olsun, mən bunların heç birindən narazı deyiləm. Heç etirazım da yoxdur. Amma mənim qəti əminliyim budur ki, var olduğum məkan həm O və həm də Bu dünyadı. Nə qədər ki, var olduğum məkandayam, deməli sənin yanındayam. Cismən olmasan da, ruhən, xəyalən! Və sənin yanında olanda da dünyada gördüyüm də, görəcəyim də elə sən olursan. Gözümün görmə gücü, ürəyimin sevmə gücü daxilində olur bu dünya – sən olan dünya!..

Həyat indiki  anda, indiki yaşam müstəvisində çox cansıxıcıdı. Baş verən proseslər,........

© Ədalət