menu_open Columnists
We use cookies to provide some features and experiences in QOSHE

More information  .  Close

Sözün və adamlığın ƏŞRƏFİ - Əbülfət MƏDƏTOĞLU yazır

15 0
12.06.2026

Mən həmişə gecikmişəm. Özü də istəyərək yox, yəni qəsdinə durmadan, arzu etmədən, hətta ağlıma gətirmədən gecikmişəm. Maraqlı bir də burasıdır ki, gecikdiyim yer, gecikdiyim məqam və gecikdiyim an həmişə məni ağrıdıb. Çünki o istəyə içimin ehtiyacı olub. O yeri görmək, o anı yaşamaq, o adamın gözlərinin içinə baxıb ürəyini oxumaq istəyim gözümdə qalıb. Ona görə həmişə özümü qınamışam, bu gün də qınayıram. Xüsusilə, indiki anda o qınaq, o daxili əzab məni qəlbən sıxır, ağrıdır, hönkürtüm içimdə qalır, boğuluram elə bil. Çünki...

Əlimi ürəyimin üstünə qoyub Allah və vicdan qarşısında etiraf edirəm ki, onu həmişə ən yaxşılardan, ən ucalardan, ən dəyərlilərdən biri hesab etmişəm. Və onun imzasını, sözünü, söhbətini eşidəndə nəfəs dərmədən bütün diqqətimi cəmləyib özümə hakim olmuşam dinləmək üçün, öyrənmək üçün, yaddaşıma köçürmək üçün. Bəlkə də inanmayacaqsınız, amma mən daxili inamla deyirəm ki, bu dünyada onunla cəmi ikicə dəfə görüşdüm. Daha doğrusu, görüşmək nəsibim oldu. Onların ikisi də ona və mənə ruhən yaxın olan doğma adamların övladlarının xeyir məclisləri oldu. Necə deyərlər, toy adamı kimi atüstü hal-əhval tutduq. Bir-birimizi oxuyub izlədiyimizi bir-birimizə dedik. Və o, əlini çiynimə qoyub "Yaxşıdı, xoşum gəlir" - dedi. Bu mənə bir ustad, bir müəllim, bir sözün içalatını bilən adamın verdiyi qiymət idi. Mən........

© Ədalət