menu_open Columnists
We use cookies to provide some features and experiences in QOSHE

More information  .  Close

Azərbaycanda Seçki oyunu və İlham Əliyevin təyin etdiyi deputatlar. Çürük siyasi sistem.

7 1
yesterday

Yenə qayıdacağam Sumqayıt! – Söz önü:

Bu yazimı prezident İlham Əliyev üçün yazıram. Dəyişmək istəyən bir cəmiyyətin harayını çatdırmaq istəyirəm. Azərbaycanda xalqın iradəsinin, səsinin boğulmasının kiçik bir mənzərəsidir bu yazı. Seçki sisteminin çürük olduğunu, seçki siyasətinin inkişaf etmək istəyən bir cəmiyyətin maraqlarina zidd olduğunu çatdirmaq istəyirəm.

Eyni zamanda sayın İsa Qəmbərin, Əli Kərimlinin, əziz müəllimim Cəmil Həsənlinin, sayın Sabir Rüstəmxanlının, vəkillərim Valeh Mirzeyevin, Ələkbər Murğuzlunun, Valide Ağamalıyevanin, İzzət Məmmədovun, dostum Əli Mustafanın, Qələndər Muxtarlının, Paşa Həsənlinin, Sərdar Əlibəylinin də bu yazıni oxumasını arzulaýiram. Çünki bu yazı bir Azərbaycan mənzərəsi sunmaqdadir.

Bu gün Sevinc Osmanqizinin rəhbərlik etdiyi Osmanqızı tv – də Bəybala Ebilovun parlament seçkileri haqqinda təhlillərini dinlədim. Əla təhlil idi. Bu təhlildə
Söhbət ancaq parlament seçkilərindən getmirdi, ölkədəki statik vəziyyətdən qurtulmaq, dəyişmək, rifah cəmiyyəti qurmaq istəyən Azərbaycan xalqınin arzusunu, çırpıntısını, iradəsini əzən YAP sisteminin seçki siyasətinin səbəbləri, nəticələri təhlil edilirdi.

Bir daha parlament seçkileri yadima düşdü.

Bildiyiniz kimi, sonuncu parlament seçkilərində namizədliyimi Sumqayıt 42 sayli 1 ci seçki dairəsindən irəli sürmüşdüm. Uğurlu seçki kompaniyası apardim. Seçkini qazandım. Yetərli səs topladım. Xalqdan Dəstək aldim.

Sumqayit İcra hakimiyyətində qapali iclaslar çağirıldi, icra hakimi Zakir Fərəcov şəxsən seçki prosesini nəzarətə götürdü, onun rəhbərliyi ilə məktəb direktorlari, müəllimlər səfərbərliyə alindi. Yasəmən Qaraqoyunluya qarşi mübarizə aparilmasi tapşiriği verildi. Nə edirsiniz edin, qutudan Yasəmən Qaraqoyunlunun çixmasının qarşisini alin təlimati verildi.
İcra hakimiyyətindəki iclaslarda Zakir Fərəcov tərəfindən Yasəmən Qaraqoyunlu “Əli Kərimlinin şinelindən çıxıb”, “Yasəmən Qaraqoyunlu dövlətçilik düşmənidir” ifadələri işlədilmişdi. Bu ifadələr, bu qarayaxmalar Əleyhimə aparilan təbliğatda əsas istiqamət idi.

Halbuki mənim bu gün Əli Kərimli ilə heç bir bağlantim yoxdur. (Əli Kərimli də Xalq düşməni deyil. İstiqlal uğrunda mubarizə aparmış, qalib gəlmiş, dövlət qurmuş bir partiyanın sədridir. Sayğı duyuram)

Mən müstəqil siyasətçiyəm. Heç bir partiyanın üzvü deyiləm.
Öz yolum, öz müstəqil siyasi strateji baxışlarım var.

Siyasi baxışlarım, fikirlərim, yolum Əli Kərimlinin baxışlarından fərqlidir. Mən AvroAtlantik sistemin müdafiəçisi deyiləm. Nə Rusiya nə də AvroAtlantik sistemə inteqrasiya mənim şüarım, hədəfim deyildir. Mən TDT-nın müdafiəçisiyəm. Türkiyə-Azərbaycan konfrderativ birliyinin qurulmasina çağirış edirəm, gələcəyimizin, perspektivimizin TDT -da olmasına inanıram, TDT- nın gələcəkdə Türk Birləşmiş Dövlətlərinə çevrilməsi uğrunda mübarizə aparıram, çağirış edirəm. Bəli biz Türk dövlətləri arasındaki inteqrasiya prosesini tamamlayıb, Türk Birləşmiş Dövlətlərini qurmaliyiq. Tək millət, Tək Dil, Tək Dövlət mənim hədəfimdir.

Mən siyasətə iqtidar- müxalifət, ağ-qara cəbhəsindən baxmıram, bütövlükdə Azərbaycan cəbhəsindən baxıram, Türk Cəbhəsindən baxıram, Milli maraqlar perspektivindən baxıram.

Məhz buna görə də, bu gün TDT, Türkiyə ilə inteqrasiya, müstəqil çox vektorlu xarici siyasət, Zəngəzur, Qərbi Azərbaycan məsələlərində fikirlərim daha çox İlham Əliyevin fikirləri ilə üst- üstə düşür. Bu davalarda İ.Əliyevin ən böyük dəstəkçisiyəm.

Milli Azadlıq hərəkatindan gəldiyimə görə məni Əli Kərimlinin adami kimi təqdim edirdilər. Mən Rəsulzadənin, Elçibəyin ideallarını paylaşan biriyəm, amma tam müstəqil bir şəxsəm. Sözümü iqtidara da, müxalifətə də deyə biləcək dərəcədə azad və müstəqil baxışları təmsil edirəm. Mən siyasətdə nə iqtidar cəbhəsinə, nə müxalifət cəbhəsinə aid deyiləm, mərkəzdə dayanan birisiyəm. Mərkəzəm.

Eyni zamanda bu gün kim ki, YAP üzvü deyil, kim ki, YAP-ı, höküməti tənqid edir onu “dövlətçilik düşməni” adlandirirlar. Azərbaycana bu çirkin ifadəni də YAP gətirmişdir. YAP özünü dovlətlə eyniləşdirmişdir, özünü dövlətin təmsilçisi hesab etdiyinə görə YAP-çı olmayan tənqidçiləri “Dövlətçilik düşməni” adlandırıb gözdən salırlar. Qısaşı- YAP a görə, YAP siyasətini........

© Turkish Forum