Camaşırxana
(“Üç vəd, üç tələb” romanından bir parça. İran islam inqilabını kim etdi, necə etdi kimi suallara Eluca Atalının bu romanından cavab tapa bilərsiniz. Ayrıca olaraq müəllif İmam Xomneyi ilə Ağ Ev arasında olmuş məktubları romanda yerləşdirmişdir.) Ağ Evdən birinci məktub İran İslam Respublikasının ilk Xarici İşlər naziri İbrahim Yəzdinin kabinetinə gəldi. Onun əlləri titrədi, xoş məqamların şirinliyi dodağında təbəssüm oynatdı. Parisin Neauphle-le-Chateau otelində Ayətullah Xomeynini islam inqilabının müəllifi kimi hazırlayan qərb və Amerika ona inqilab təlimi keçdiyi bir zamanda Yəzdi zamanını fövtə verməyib ağaya ayrılmış xidmətçi ilə eşqbazlığa girişdi. Qız isə bakirə olduğunu (Fransa kimi açıq cəmiyyətdə bu nadir hadisə idi) inqilab poçtalyonuna deməklə, ondan siğə müqaviləsi tələb etdi. Molla qazanında artıq bişib yarımfabrikant məhsula çevrilmiş Yəzdi, ağasından öyrəndiyi fəndə əl atdı. Göz şahidi olduğu hadisədən dərs götürmüşdü: İmam Xomeyninin İraqda Kərbəla səfərində olduqda bir axşam evində gecələdiyi qədim dostunun 3 yaşlı qızı ilə atüstü siğə etməsindən… Siğə üçün əlavə pul ödəməkdən vaz keçən ağa dodaqucu........
