Təhsilin zülmətinə doğru...
Qasırğadan bir qədər sonra neoliberalların patriarxı, 93 yaşlı Milton Fridman Wall Street Journal-da məqalə yazaraq fəlakətin kapitalizm üçün necə yeni imkanlar açdığını tərifləyir. "Yeni Orleanda məktəblər və orada oxuyan şagirdlərin evləri dağılıb. Bu, faciədir. Eyni zamanda da böyük imkanlardır”, - Fridman yazır.
Fridman nə təklif edir? Yeni Orleanda pulsuz məktəb təhsili sisteminin bərpasına milyardlarla dollar xərcləmək əvəzinə, dövlət məktəblilərin ailələrinə vauçerlər versin və şagirdlər şəxsi təhsil müəssisələrində oxumağa məcbur olsun. Yəni, dövlət məktəbləri biznes mərkəzlər kimi fəaliyyət göstərən şəxsi təhsil müəssisələri ilə əvəzlənsin.
Maraqlıdır ki, facəidən 20 ay sonra belə evlər, enerji təminatı və infrastukturlar tısbağa sürəti ilə bərpa olunduğu halda, Yeni Orleanın məktəb sisteminin hərraca çıxarılıb satılması əsl hərbi dəqiqlik və sürətlə həyata keçirildi. Əhalinin çoxu hələ də sığınacaqlarda yaşayırdı, ancaq pulsuz təhsil sistemi tamamilə şəxsi məktəblərlə əvəzlənmişdi.
Elə həmin vaxt ABŞ sahibkarlıq institutu Fridmanın ardınca fəxrlə bildirirdi: Luiziana ştatının məktəb islahatçılarının uzun illər edə bilmədiyini "Katrina” qasırğası bir günə etdi. Yəni, yaşasın........
© Qaynar
