Dünya təcrübə laboratoriyası kimi...
Pinoçetin gəlişi ilə Çiliyə "Cakarta” gəldi. Sürətlə bütün Latın Amerikasına zülmət çökdü. O illərin simvolları Santyaqo stadionu və Argentinada "Olimpio qarajı” oldu. İnsan haqları əgər sadəcə deklarasiya və dekorasiya idisə, artıq maskalar tamamilə kənara atıldı.
İllər keçdi, amerikalılar İraqda yerli əhali üçün Əbu Qreyb təşkil etdi. Oradakı işgəncələrin apolitik iraqlı gənclərin radikallaşmasında rolu danılmazdır. Quantanamodakı "qara qutu”da isə fərdləri onillər boyunca nəinki hökmsüz, hətta rəsmi ittihamsız saxlayırlar. Hətta Obama Quantanamonu bağlayacağını vəd etmişdi, görünür gücü çatmadı.
Buraya "uçan türmələr” və "üzən türmələr” haqqında söhbətləri də əlavə edək. Morun utopiyası yox, Xakslinin antiutopiyası reallaşdı. Biz beynəlxalq hüququn çökdüyü dövrdə yaşayırıq. Güclülər gücsüzləri onların öz torpaqlarında laboratoriya heyvanına çevirir. İnsan haqları anlayışı isə sadəcə kinayəli gülüş doğurur.
*** Mart ayında bir ölkənin prezidenti ikinci ölkənin vətəndaşlarını üçüncü ölkənin türməsinə yola saldı. Məhkəmənin qadağasına baxmayaraq, Tramp məhbusların ilk dəstəsini - 238 venesuelalını Salvador türmələrinə göndərdi. Tren de Aragua bandasına üzvlükdə şübhəli bilinən həmin şəxsləri qəbul etmək üçün Salvador ABŞ-dan ilkin olaraq 6 milyon dollar aldı.
Tramp Administrasiyası deportasiya üçün 1798-ci ilin "Əcnəbi düşmənlər haqqında Qanun”una istinad etdi. Bu qanun tarix boyu cəmi 3 dəfə və onda da müharibə........
© Qaynar
