Pezeşkianı türkcə danışmağa kimlər qoymur?..
Amma burada tarixboyu xaçpərəst rahiblərin ibadətdən başqa daha nələrlə məşğul olmaları, hazırda bəzi monastrlarda, dini pansionatlarda nələrin baş verdiyi haqda danışmayacam, çünki xristianlar özləri çox yazır və danışırlar bu haqda.
İslamda isə zahidliyin üstündən sirr pərdəsini götürənlərdən biri elə bizim Nəsimi olub. Yadınıza gəlirmi: "Zahidin bir barmağın kəssən dönüb həqqdən qaçar!”.
Deyilənlərə görə, bu məşhur rədifli qəzəli İ.Nəsiminin şagirdləri - müridləri yazıb. Amma nə dəxli? Dünyanın ən möhtəşəm musiqilərindən birini – "Rekviyem”i Motsartın tələbələri tamamlamayıbmı!..
Həm də Nəsimidən xeyli əvvəl İsa peyğəmbər özünün şagirdlərinə - həvarilərə deməmişdimi ki, sizlərdən birini məni satacaq, digəri isə obaşdan, xoruzlar banlayanda düz üç dəfə məndən imtina edəcək və s. və i.
Belə də oldu. İuda İsa peyğəmbəri satdı, Pavel isə düz üç dəfə onu inkar etdi - səhv etmirəmsə, belə yazılmışdı "İncil”də...
Yəni dediyim budur ki, islamda zahidlərdən dindarını tapmaq olmaz, amma onlar da din-etiqad naminə hətta bir barmaqlarını belə verməzlər. Eləcə də nisbətən daha qədim din olan xristianlıqda da güman ki, İsanın on iki şagirdindən – həvarilərdən bir olan Allaha və müəllimlərinə daha sadiq olanı tapmaq olmazdı, amma biri onu satdı, Roma əsgərlərinə təhvil verdi, digəri........
© Qaynar
