Kiplinqin, Rerixlərin və Putinin Hindistanı...
Doğrusu, prezident Putinin hansısa ölkədə qandallana bilməsi haqqındakı söhbətlərə daha çox "qərəvəlli” kimi baxırıq, belə şey görməmişik və razılaşın ki, adam görmədiyi şeyi təsəvvür də edə bilmir, ən azı çətinlik çəkir.
Amma dana bilmərik ki, Beynəlxalq Cinayət Məhkəməsinin məlum qərarından sonra adamın səfərləri həqiqətən də məhdudlaşıb, məsələn, BRİCS-in bir neçə tədbirinə onlayn şəkidlə qatılıb, yəni məsələ tamam boş da deyil: Putin uşaq deyil, dünyanın hər yerindən və işindən xəbərdar olan böyük dövlətin adamıdır və bir daha deyirik ki, nədənsə ehtiyat edirsə, deməli, əsas var: fantastik trillerlərin süjetini xatırlatsa da, məsəl var, deyir ki, od yanmasa, tüstü çıxmaz. Qərəz, siyahıya baxdıq, məlum oldu ki, qəribə olsa da, Hindistan kimi regional stastuslu dövlət hələ də Roma Statunu qəbul etməyib.
Burada oxucumuz dərhal "nə əcəb, balam?” soruşardı yəqin, amma bizimçün maraqlı deyil bu: ya vəlvələdən, ya da zəlzələdən, fakt budur ki, hələ qəbul etməyiblər.
Bu cür beynəlxalq hüquqi presedentlərin detallarını bilmirəm, məncə, beynəlxalq məhkəmələrin belə qərarlarının ilk növbədə siyasi-diplomatik nəticələri olmalıdır: belə adamları həm də arazuolunmaz şəxs–"persona non grata” elan etmək, heç yerə dəvət etməmək, hansısa danışıqlar aparmamaq, bir növ, tamamilə təcrid etmək lazımdır.
Bəlkə də praktikada məsələ elə belə də qoyulur, daha dəqiqini........





















Toi Staff
Sabine Sterk
Penny S. Tee
Gideon Levy
Mark Travers Ph.d
Gilles Touboul
Daniel Orenstein
John Nosta