"Cənubi Qafqaz tapmacaları": Nədir onlar?..
Biri deyirdi, Zurabişvili "Makronun adamı”, hətta "agenti”dir, digəri zənn edirdi, guya Bakı bundan sonra daha çox Moskvayla yaxınlaşacaq və buna görə Gürcüstanda da qərbçilərin deyil, rusyönümlülərin qələbəsi maraqlarımıza daha çox cavab verir.
Yetərincə vaxt keçib, məsələlərə yekun vurmaq olar. Ötən ilki parlament, hətta bu ilki munisipal seçkiləri də İvanişvili komandası udsa da, yenə də böyük hesabla opponentlərimiz haqlı çıxmadılar.
Əvvəlcə prezident İlham Əliyev özü onların çoxunu məyus etmişdi; Rusiyayla yaxınlaşma-filan olmadı, əksinə prezident son inauqurasiya mərasimində açıq bildirmişdi ki, bundan sonra daha çox türk dövlətləri istiqamətində inteqrasiya kursu aparılacaqdır.
Bu siyasət hazırda yüksək templərlə aparılır və ümid edirik ki, elə nəticələri də çox gözlətməz. Bu sətirləri yazanda Azərbaycan prezidenti Özbəkistanda növbəti səfərdə idi. O ki qaldı türk dövlətlərinin birgə səylərinə beynəlxalq münasibətdə, bunun üçün düşünürük ki, yaxınlarda Vaşinqtonda baş tutan G1 5 formatındakı görüşü qeyd etmək yetər...
Fransa məsələsinə gəldikdə, deyirdik ki, düzdür, bu dövlət hələ Azərbaycanın dostu deyil, amma düşməni də deyil: hər halda, Yelisey sarayı və Kreml fərqlidirlər, Parisin siyasətinə nəinki təsir etmək, hətta onu dəyişmək də mümkündür.
Bunu hamımıza vaxtilə rəhmətlik prezident Heydər Əliyev nümayiş etdirmişdi. Onun səyləri nəticəsində o vaxtkı prezident Jak Şirak maksimum dərəcədə Bakı ilə İrəvan arasında paritet saxlamağa çalışırdı, halbuki Heydər Əliyev Fransanın da həmsədr olmasına razılıq verəndə çoxu bunu təqdir etmir, yanlış addım adlandırırdı.
Makrona gəldikdə, onda da deyirdik ki, adam əbədi deyil, bir gün rədd olub gedəcək. Üstəlik, son vaxtlar görün, nə baş verir? Prezident Makron bütün beynəlxalq tədbirlərdə Azərbaycan prezidentilə yeni münasibətlər qurmağa cəhd göstərir:........





















Toi Staff
Gideon Levy
Tarik Cyril Amar
Sabine Sterk
Stefano Lusa
Mort Laitner
Mark Travers Ph.d
Ellen Ginsberg Simon
Gilles Touboul
John Nosta