Şuşadan yüksələn siyasi mesaj: Güclü dövlətin dəyişən dünyaya baxışı
Şuşa bu gün artıq regionun və dünyanın diqqətlə izlədiyi siyasi fikir, diplomatik dialoq və qlobal media məkanına çevrilib. IV Şuşa Qlobal Media Forumunda Prezident İlham Əliyevin çıxışı da bunun növbəti təsdiqi oldu. "Sülhün təşviqində medianın missiyası: Həqiqətin bərpası və etimadın yenidən qurulması" mövzusunda keçirilən forumda dövlət başçısının səsləndirdiyi fikirlər Azərbaycanın yeni geosiyasi reallıqlara baxışını, milli maraqlarını, regional liderlik mövqeyini və gələcəyə hesablanmış dövlət strategiyasını özündə ehtiva edən siyasi manifest idi.
Dövlətimizin başçısı bir daha nümayiş etdirdi ki, Azərbaycan artıq hadisələri izləyən deyil, onların istiqamətini müəyyənləşdirən dövlətdir. Vətən müharibəsində qazanılmış tarixi Zəfər və 2023-cü ildə həyata keçirilən antiterror tədbirləri nəticəsində ölkəmizin suverenliyinin tam bərpa olunması Cənubi Qafqazda onilliklər boyu mövcud olmuş status-kvonu tarixə çevirdi. Bu gün regionun siyasi xəritəsini müəyyən edən əsas amil beynəlxalq hüquqa söykənən Azərbaycan reallığıdır.
Cənab Prezidentin forumda səsləndirdiyi "Biz Cənubi Qafqazda davamlı sülhün tərəfdarıyıq və hesab edirik ki, bunun alternativi yoxdur" fikri Azərbaycanın dəyişməz siyasi kursunun mahiyyətini əks etdirir. Azərbaycan müharibəni başa çatdıran, indi isə sülh müqaviləsinin imzalanması üçün təşəbbüs göstərən tərəfdir. Rəsmi Bakı kommunikasiyaların açılmasını, iqtisadi əməkdaşlığı və regionun təhlükəsizlik məkanına çevrilməsini dəstəkləyir. Lakin bu sülh yalnız qarşılıqlı hörmət, beynəlxalq hüquqa əməl edilməsi və yeni reallıqların qəbul olunması üzərində qurula bilər. Ermənistanın revanşist yanaşmalardan imtina etməsi regionun gələcəyi üçün ən vacib şərtlərdən biridir.
Forumun ən diqqətçəkən məqamlarından biri Prezidentin qlobal geosiyasi proseslərlə bağlı səsləndirdiyi fikirlər oldu. Dövlətimizin başçısı açıq........
