menu_open Columnists
We use cookies to provide some features and experiences in QOSHE

More information  .  Close

Xərçəngə "xoş gəldin" deməyi bacarmaq və yaxud daxildəki "Annuşka yağı dağıdanda"

16 0
11.09.2026

Həyat proqnozlaşdırıla bilməyən “qara qu quşlarının” gəlişi ilə idarə olunur. Nassim Nikolas Taleb məşhur “Qara qu quşu nəzəriyyəsi”ndə qeyd edir ki, “qara qu quşları” yalnız müharibələr və böhranlar kimi qlobal hadisələr deyil, həm də insanın həyatını bir anda alt-üst edən qəfil situasiyalardır. Tamamilə sağlam olduğu və gələcək planlar qurduğu bir vaxtda qoyulan xərçəng diaqnozu da insanın şəxsi həyatının belə “qara qu quşu”na çevrilə bilər. İnsan və sistemlər hər an bu cür amansız, gözlənilməz hadisələrlə üz-üzə qala bilər. Buna görə də insan yalnız gələcəyə plan qurmağa deyil, həyatın gözlənilməzliyinə mənəvi baxımdan hazır olmalıdır.

Bu məqam Mixail Bulqakovun “Master və Marqarita” əsərindəki məşhur Berlioz səhnəsini xatırladır. Ateist redaktor Berlioz insanın öz həyatını idarə etdiyini düşünür və həmin axşam komsomol iclasına sədrlik edəcəyini söyləyir. Voland isə ona etiraz edir – “insan nəinki ölümlüdür, həm də qəfildən ölümlüdür”. Voland Berlioza həmin axşam başının kəsiləcəyini deyir və əlavə edir: “Sizin iclasınız baş tutmayacaq, çünki Annuşka artıq günəbaxan yağını alıb, nəinki alıb, hətta onu dağıdıb da”.

Az sonra Berlioz tramvay relslərinə doğru gedir, Annuşkanın dağıtdığı yağın üstündə ayağı sürüşür və tramvayın altına düşərək başı kəsilir. Annuşka yağı dağıdanda Berliozun bundan xəbəri yox idi. O, gələcək planlar qururdu. Eynilə, insan bədənində xərçəng hüceyrələri yaranmağa başlayanda, yəni, daxildəki “Annuşka yağı dağıdanda” bundan xəbərsiz olur. O, işlərini, sabahını, gələcəyini planlaşdırır, lakin daxilində “qara qu quşu” artıq hərəkətə keçmiş olur. Real həyatda hər şeyi........

© Qaynar