Adına nəğmələr yazılsın, "Qarabağ"!
Könüllər vəslini arzular,
Adıma nəğmələr yazırlar…
Mənimdir gözəllik, məhəbbət!
Səadət! Səadət! Səadət!
Mən dünən gecədən bəri bu misraları dodaqaltı təkrarlayıram. Sözsüz ki, sondakı "səadət” sözünü "Qarabağ”la əvəzləməklə. Azərbaycan xalqı, dünyanın dörd bir tərəfinə səpələnmiş soydaşlarımız, eləcə də ürəyi bizimlə döyünən türk dünyası dünən gecə o sevinci yaşadı. Qürur hissindən, qələbə sevincindən hər bir azərbaycanlı ailəsinə pay düşdü. Belədə "Qarabağ”ın adına nəğmələr yazılmalı, bu möhtəşəm qələbənin memarlarının hər birinin şəninə təriflər qoşulmalıdır. Amma bu sevinci yaşamaq və yaşatmaq "Qarabağ”a heç də asan başa gəlmədi. Buz meydançasına bənzəyən meydanda 94 dəqiqə amansız mübarizə aparmaq qaçılmaz oldu.
Əksər çətin qələbələrdə olduğu kimi, "Qarabağ” bu dəfə də........
