Uzun çəkən ölüm
Rasim Balayevin ölümü, heç şübhəsiz, teatr və kino sənətimiz üçün böyük itkidir. Ancaq aktyor üçün rolsuz qalmaq əslində elə ölmək kimi bir şeydir. Rey Bredberinin kitab oxumağın cinayət sayıldığı xəyali gələcək barədə (biz indi bunun reallıq olduğunu açıq-aydın görürük) “Farengeyt üzrə 451 dərəcə” adlı möhtəşəm romanında deyilir: “Kitabları yandırmaqdan daha ağır cinayətlər var. Məsələn, onları oxumamaq”. Rasim Balayev uzun illər, necə deyərlər, “həyatının çiçəklənən dövründə” işsiz-gücsüz qaldı, rollar oynamaq yerinə mənasız televiziya verilişlərində, toyda-mağarda çıxışlar eləməklə gözünün, istedadının qurdunu öldürdü.
Onu oynatmaq üçün kino və teatr lazım idi, bunlar isə Balayevdən qabaq rəhmətə getmişdi. Teatr sənətimizi intriqalar və məmur-zırramaturqlar (dramaturq yazmağa əlim gəlmədi) öz boş pyeslərilə dəfn etmişdilər, kino isə........
