Seyidin senatorluğu
Yaxud, mantyora qızılgül alınması xərcləri
İş elə gətirib, ikinci dəfə, ardıcıl şəkildə ABŞ parlament seçkisindən yazıram. Orda tarixdə ilk dəfə müsəlman senator seçilib. Abdull əl Sayed adlı bu adamı soyadına nəzərən qısaca “Seyid” də adlandıra bilərik və bu yoldaş eynilə iranlı seyidlər kimidir, heç fərqi yoxdur. Əlbəttə, Azərbaycana və Ermənistana münasibət baxımından. Çünki bizim amerikalı seyid ABŞ-ın Azərbaycanla hərbi əməkdaşlığını pisləmiş, Ermənistanı isə müdafiə etmişdir. Qum hövzəsinin seyidləri də həmişə oxşar mövqedə olur.
Maraqlıdır ki, bu İran-erməni məhəbbətinin tarixi qədimdir. Bir-iki kərə yazmışam, görünür, təkrara ehtiyac var, Məhəmməd Əmin Rəsulzadə 1909-cu ildə Təbrizdə ikən “Tərəqqi” qəzetinə “Qəribə bir boykot” adlı məqalə göndərib, orda təəccüblə qeyd edir ki, İranda qayda-qanun yoxdur, təzad və dərəbəylikdir, zülm və ədalətsizlik boğaza çıxıb, lakin bütün bu vəhşiliklər yalnız müsəlmanların başında çatlayır. Sitat:........
