menu_open Columnists
We use cookies to provide some features and experiences in QOSHE

More information  .  Close

İki oğlan arasında qalan qız haqqında dərslik

14 0
03.07.2026

Heç unutmuram, 2000-ci illərdə hüquq-mühafizə orqanlarımızdan birinin baş ofisinə jurnalistika fəaliyyətimlə bağlı gedəsi olmuşdum, orada dəhlizdən keçərkən gülməyim tutmuşdu. 12 və 14 saylı kabinetlər arasında 13 saylı kabinet, sadəcə, yox idi! Təsəvvür edin. 13 ədədinin uğursuzluq gətirdiyinə inanan adamlar bizim taleyimizi həll edirdilər.

Ərəbcədən götürərək biz buna “mövhumat” deyirik, türkiyəli qardaşlarımız “batil inanc”. Belə inanclar çoxdur. Qara pişik qarşından keçərsə, güzgünü qırsan, tək səbir gəlsə uğursuzluq olacaq, gecə dırnaq tutulmaz, nə bilim, xəstə uşağı qırmızı yorğanla örtsən sağalacaq, qaynar suyu “Bismillah” deməyib (Kərbəlayi Ronaldo kimi) həyətə atsan, mələklərin qanadını yandırırsan və sairə.

Əslində, bunlara dərindən fikir verməsən, ciddi qəbul etməsən bir az da həyatı əyləncəli edir, təxminən qoroskop-zad kimi. Nağıllar, fantastik ədəbiyyat-filan tipində. Hər halda, heç kim Cırtdan və Divi real qəbul etmir ki. Ancaq uşağa danışırıq, xoş olur.

Bəzi batil inancların, həmçinin, müəyyən dərəcədə xeyrinin olmağı da mümkündür. Məsələn, elə o “gecə dırnaq........

© Müsavat