Dekolteli diskurs
Xalq artistinin dekolteli geyimi bəzi vətəndaşlarımızın müzakirəsinə səbəb olmuşdur. Hamısının yox. Bəziləri bunu alqışlamışdır. Əslində, pis çıxmasın, mən özüm də videosuna baxdım, bəyəndim. Burada nəsə əsrarəngiz, gizlədiləsi temalar yoxdur. Nəyimiz varsa, ortalıqda olmalıdır. Xüsusilə də, sən xalq artistisənsə, xalq niyə öz artistini hərtərəfli görməyə pis baxsın ki?
Lakin elə o yuxarıda adını çəkdiyim “bəziləri” problemə məhz “xalq artisti xalqa layiq səhnə geyimində ortalığa çıxmalıdır” kontekstindən yanaşmağın tərəfdarıdır. Guya xalqımız dekolte və ümumiyyətlə, yarıçılpaq geyimlərə neqativ yanaşır. Bunu kim müəyyən edib? Belə referendum keçirilməmişdir. O cümlədən, Milli Məclisdə “Xalq artistlərinin geyim formasının təsdiq edilməsi barədə Qanun” qəbul olunmağından xəbərimiz yoxdur. Məsələn, xalq artistinin tumanının balağı neçə santimetrə çatmalıdır, əməkdar artistin göbəyinə baxmaq........
