menu_open Columnists
We use cookies to provide some features and experiences in QOSHE

More information  .  Close

Allah haqqı hə

15 0
07.06.2026

Bir nəfər şikayətlənmişdi ki, restoranda yemək yeyib, hesabı alanda görüb orda qızartma kartof üçün yağın dəyəri də yazılmışdır. Təxminən elə bu cür: “kartofu qızartmaq üçün yağ, filan manat”. Dəqiq rəqəmlər yadımda qalmayıb, oxucular bağışlasın.

Ancaq kartofun qızardıldığı yağın da pulu ayrıca qeyd edilməyə başlayıbsa, bunu xırdaçılıq kimi yox, ölkədə hər zərrənin qədir-qiymətinin bilinməsi kimi başa düşməyə borcluyuq. O Qarabağdan çıxan erməni kişi demişkən, “hə, bəli, Allah haqqı hə”. Yəqin xatırlayarsınız, sonra da demişdi ki, azərbaycanlıları çox sevir və ermənilər millət “dəyil”.

Bu gün kartofun yağı hesaba oturacaq, sabah kartofun suyu. Proses irəlilədikcə, kartofun suyunun suyunun suyunu da ödəyəcəyik. Bəs necə, məhsul tarladan süfrəmizə gələnəcən onu didişdirən nə qədər Kolorado böcəyi var...........

© Müsavat