menu_open Columnists
We use cookies to provide some features and experiences in QOSHE

More information  .  Close

Ağsaqqalın ucuzlaşmağı

14 0
20.05.2026

Yaxud əlaqəsiz qalmış ictimaiyyətin milli-mənəvi problemlərinə retrospektiv baxış-zad

Soyadlarımız haqda dünənki yazıma dəyərli həmkarımız Məğrub Bədəlsoy-dan reaksiya gəlib. Öncə bunu oxuculara çatdırım.

Məğrub bəy çox yerində xatırlatma elədi, Milli Məclisin 1993-cü il fevralın 2-də bu istiqamətdə yaxşı bir qərar qəbul elədiyini yadımıza saldı. Ali Sovetin sədri İsa Qəmbərovun imzaladığı (görünür İsa bəy o günlərdə hələ özü də “ov” sonluğunu ata bilməyibmiş – Z.H.) qərarda deyilir ki, vətəndaşlar “-ov, -yev sonluqlu soyadlarını “–lı” (sözün kökündən asılı olaraq "-li", "-lu", "-lü"), "-zadə", "-oğlu", "-qızı" sonluqlu və ya sonluqsuz ifadə formaları ilə əvəz edə bilərlər”. Həmçinin, bütün sənədlərin dəyişdirilməsi rüsumsuz olmalı və dəyişənə qədər adam yeni soyadını istifadə edə bilərmiş.

Çox gözəl, hərtərəfli qərar olub (yeganə bəyənmədiyim “zadə” hissəsidir, çünki bu da farscadır; əvəzində orda “gil” və “soy” sonluqları olmalıydı – Z.H.) və yanılmıramsa, qüvvədə qalır. Bəs niyə dəyişiklik yoxdur, ta bunu hər kəs........

© Müsavat