Ağıllı yol
Növbəti pullu yolumuz istifadəyə verilmişdir. Bu münasibətlə bütün yolçularımızı, gedən-gələnləri, yaxından uzaqdan salavat çevirənləri təbrik edirəm. İnşallah, bu yol bizi Romaya aparıb çıxarmasa da, xoşbəxt gələcəyə aparacaqdır. Ən azı Ramanaya gedə bilərik (Çoxdandır bu səy zarafatı eləməyə fürsət gəzirdim, üzrlü sayın, indiyə düşdü).
Yol mədəniyyətdir, yol inkişafdır, yol iqtisadiyyatdır. Yol ədəbiyyat və incəsənət, kinematoqrafiya və teatr, zavod və fabrik deməkdir. Yol operadır, yol baletdir, yol müzikldir. Nəsə bu söhbəti zibili çıxmamış dayandırıram. Sadəcə, bəzi zəhmətkeşlərimiz ödənişli yolun qiymətlərindən narazılıq edirlər.
Həqiqətən, ilk baxışdan yol bahalı görünür. Məsələn, minik avtomobili ilə ora girsən hər kilometrə orta hesabla 10 qəpik ödəməlisən. Nəticədə 80 kilometrlik yolun təkcə pulu 8 manat olub. Yəni, benzini, amortizasiya xərcini-zadı nəzərə almadan. Girən kimi 8 manat verirsən.
Bakı-Tiflis qatarının “Yadulla faciəsinin” üstündən bunu həzm eləmək zəhmətkeşlərə bir az çətin gəlib. Mızıldanan kim, mırıldanan........
