Ermənistanda referendumla bağlı YENİ tarix – Put
“Ermənistan hakimiyyəti yeni Konstitusiya layihəsi üzərində işləyir. Sənədin marta qədər hazırlanması, referendumun isə iyun parlament seçkilərindən sonra keçirilməsi planlaşdırılır”.
Bu barədə “S&P Global Ratings” beynəlxalq reytinq agentliyinin hesabatında deyilir.
Qeyd olunur ki, qarşıdakı konstitusiya islahatı Bakı ilə aparılan sülh danışıqları kontekstində xüsusi əhəmiyyət daşıyır. Söhbət sənədin preambulasında 1990-cı il Müstəqillik Bəyannaməsinə istinadların saxlanılıb-saxlanılmayacağından gedir. Harda ki, Azərbaycana ərazi iddiası əksini tapıb (APA).
Ötən ilin avqustunda Ağ Evdə paraflanmış sülh müqaviləsinin imzalanmasına sonuncu əngəl bu. Rəsmi Bakının dəfələrlə vurğuladığı kimi,........
