Əziz banditlər və “vor zakon”lar, VƏTƏN çağırır!
Ukrayna özünün texnoloji üstünlüyü sayəsində Rusiyaya əməllicə dərs verməkdə, güc gəlməkdədir. “Blumberq”in məlumatına görə, Kiyev artıq döyüş meydanlarında ilk dəfə alovsaçanla təchiz edilmiş robotların tətbiqinə başlayıb. Və bu döyüş robotları Donetskin şərqində, cəbhə xəttində Rusiyanın silahlı hücum qruplarına qan uddurub, onların darmadağın edilməsində həlledici rol oynayıb.
Bildirilir ki, Ukrayna bu il ən azı, 50 min belə yerüstü pilotsuz robot istehsal etməyi planlaşdırır. Hədəf isə işğalçı orduya qarşı qəhrəmancasına vuruşan milli qüvvələrin imkanlarını gücləndirməkdir. “Ön xətdə pilotsuz yerüstü nəqliyyat vasitələrinin istifadəsi hazırda ən sürətlə genişlənən sahələrdəndir”, – Volodimir Zelenski deyib...
Rusiya isə hələ də “top əti” hesabına qalib........
