Xanlıqları da bu qafa ilə yaratmışdıq – bizim üm
1991-ci ilin fevralında şahidi olduğum bir hadisə var, onu yeri düşdükcə danışıram, ən azı bir dəfə də yazmışam.
PAZ markalı avtobusla Mingəçevirdən Füzuliyə gedirdik. Lap arxada oturmuşduq. Avtobusun salonunda ağdamlılar və şuşalılar da vardı. Ordan-burdan söhbət edirdik. Birdən ağdamlılarla şuşalıların arasında mübahisə düşdü və söhbət böyüdü. Detallara, ritorikaya varmıram, ancaq mübahisənin əsas leytmotivi bundan ibarət idi ki, ən yaxşı, igid, mərd adamlar bu biri şəhərdə yaşayır, o biri şəhərdəkilər isə belə deyil. Mübahisə qızışdı. Söz davasına çıxanlar məndən həm yaşca, həm də cüssəcə böyük idilər. Amma sözə qarışaraq dedim ki, bu iki şəhər bir-birindən 40 kilometr aralıdır, necə ola bilər ki, yaxşı və mərd adamların hamısı bir yerə yığışıb, amma o tərəfdə yalnız o cür olmayanlar toplaşıb. Dalaşanlar bir söz demədilər, eləcə, bir-birinə nifrətlə baxmaqda və söz atmaqda davam edirdilər.
Sonra söhbətə ön cərgədə oturmuş bir bazburutlu adam da qarışdı, dedi ki, hələ görün, erməni şuşalıyla ağdamlıya fərq qoyurmu, onlar üçün biz hamımız düşmənik, ona görə də belə söhbətlərlə aranı qarışdırmayın. Tərəflər tamam susdular. Sakitlik çökdü. Ağdama yetişdik, Muradbəylidə gördük ki, artıq ermənilər yolu kəsiblər, artıq Ağdamdan........
© Müsavat
