Nüvəyə güvənmək ehtirası və rusların “Gombul”u “
İran dövlətinin başına gələnlərə baxanda İosif Stalinin Rusiyada nədən hələ də bu qədər sevildiyi anlaşılır.
Bəşər tarixinin ən qəddar, ən amansız, ən qanlı diktatoru milyonlarla insanı məhv etməsinə, törətdiyi cinayətlərin misilsizliyinə baxmayaraq, müasir Rusiyada ona görə sevilir ki, o, Rusiyanı nasist Almaniyasının müstəmləkəsi olmaqdan xilas etməklə qalmayıb, aqrar ölkəni nüvə dövlətinə çevirib və onun toxunulmazlığını təmin edib.
Əgər sovet dövləti 1949-cu ildə atom bombası yaratmasaydı, bəlkə də elə həmin il və ya ondan bir-iki il sonra ABŞ tərəfindən atom bombardmanına məruz qalacaq, darmadağın olacaqdı.
ABŞ prezidenti Harri Trumenin və komandasının belə bir planı olub, ancaq amerikalılar SSRİ-nin nüvə silahı əldə etmək şansını yüksək qiymətləndirməyiblər, SSRİ-yə atom bombası atmağı, dizini yerə gətirməyi təxirə salıblar, o vaxta qədər isə Stalin və Beriya ruslara ömürlük nüvə qalxanı düzəldib.
İndi aşkara çıxır ki, İran bu məsələdə SSRİ-nin hərtərəfli təcrübəsindən bəhrələnməyib.
Tehranın nüvə silahı əldə etmək niyyəti, işlərin hansı mərhələdə olduğu, sentrafuqaların harada yerləşdiyi, saflaşdırılmış (zənginləşdirilmiş) uranın miqdarı, nüvə fiziki alimlərinin adları, bir sözlə, hər şey hamıya........
