Mark Kim örnəyi – hamımız ana dilimizdə onun kim
Bu günlərdə sosial şəbəkədə “Baku TV”-nin hazırladığı verilişdən bir fraqment paylaşılıb və böyük marağa səbəb olub. Dəbdə olan ifadə ilə desək, paylaşım çox “layk” toplaylb.
Müsahib bir asiyalı əcnəbidir, ana dilimizdə eynilə bizim kimi danışır, üzü görünməsə, kimsə bilməz ki, o, koreyalıdır, yoxsa Bakıda, Gəncədə doğulub-böyümüş biridir.
Paylaşımın şərh bölümündə yazılan qeydlərə görə, o gənc adamın adı Mark Kimdir, ata-anası Cənubi Koreyadandır. Ailə 2005-ci ildə Moskvaya, sonra ölkəmizə köçüb və Mark Bakıda həm ana dilimizi, həm də adət-ənənələrimizi öyrənib.
Onun söhbəti isə daha maraqlıdır. Mark danışır ki, 2020-ci ildən əvvəl tay-tuşlarına qoşulub, stadiona, “Qarabağ”ın Avroliqa oyununa baxmağa gedib. Stadionda böyük coşqu olub, bütün azarkeşlər qışqırırmışlar: “Qa-ra-bağ! Qarabağ bizimdir, bizim olacaq!” Mark da ümumi emosional ovqata qapılıb, o da “Qarabağ bizimdir, bizim olacaq!” deyə qışqıranda yanında dayanmış azərbaycanlı kişi bir ona, bir də səsləndirdiyi şüara diqqət edib və soruşub: “Kimindir, ala, Qarabağ? Kitayın?”
Əlbəttə, kişini də qınamalı deyil. Kimə qəribə gəlməz ki. Bakının ortasında bir asiyalı “Qarabağ bizim olacaq”........
