Bu vilayətin və Vilayətinin “qırmızı xətti” – Kö
İrəvan və Paşinyanı, bu vəsiləylə regionu və ABŞ-ni hədələyən iranlı Vilayəti elə-belə adam deyil.
Zbiqnev Bjezinski ABŞ üçün, Andrey Qromıko dağılmış SSRİ-dən ötrü kim idisə, Əli Əkbər Vilayəti də İran üçün odur.
81 yaşlı Vilayəti İranın iki prezidentinin (Əli Xamneyi və Haşimi-Rəfsəncani) dövründə, 16 il boyunca ölkənin xarici işlər naziri postunu tutub. Daha sonra isə İranın ali dini liderinin beynəlxalq məsələlər üzrə müşaviri təyin edilib. Hələ də həmin vəzifədədir.
Onun tay-tuşlarının, sırasında olduğu köhnə qvardiyanın əksər üzvləri ya öz əcəlləri ilə ölüblər, ya da ABŞ-İsrail bombardmanlarında, müxtəlif qəzalarda həlak olublar, amma Vilayəti hələ də sağ-salamatdır.
Bunun sirrini yalnız o özü dəqiq bilir. Ya intensiv bombardman günlərində Vilayəti ali dini liderdən, Şamxani və Laricanidən daha etibarlı yerdə yaxşı gizlənib, ya da ABŞ və İsrail onu “adi müşavir” hesab edərək nişangaha götürməyiblər, mütləq sıradan çıxarılmalı olan ciddi fiqur saymayıblar.
Vilayəti isə ciddi fiqurdur, özünü dövləti idarə etməyə hazır və qadir biri sayır. O, iki dəfə prezidentliyə namizəd olub, birində dövlət işlərində özündən daha təcrübəli........
