menu_open Columnists
We use cookies to provide some features and experiences in QOSHE

More information  .  Close

Ata ocağı davası

30 0
02.11.2026

Yazıçı Aqil Abbas mövzunu aktuallaşdırmasaydı da, bu ayın içində bu barədə yazacaqdım. Çünki el-obanın xeyir-şər məclislərində tez-tez bu barədə danışır, jurnalistlərin doğma yer-yurd məsələsinə toxunmasını istəyirlər.

Öncə onu qeyd edim ki, deputat mandatı daşıyan hörmətli yazıçı-jurnalist-publisistimizin çıxışını yenə onun şəxsinə qarşı çevirənlər yanılırlar. Aqil Abbasa ev lazım deyil. Adamın yaxşı ev-eşiyi var, özünə qismət. Ev davası edən adam hələ 16-17 il öncə dövlətin deputatlara verdiyi evdən imtina etməzdi. (Yeri gəlmişkən, bundan imtina edən digər siyasətçi Pənah Hüseyn olub).

Aqil Abbasın qaldırdığı məsələ ATA OCAĞIna varislik məsələsidir.

Onun, eləcə də on minlərlə ağdamlının, yüz minlərlə məcburi köçkünün Qarabağ rayonlarında evləri olub. İndi o evlər yoxdur – ermənilər söküb-dağıdıb, yandırıblar. İndi belə anlaşılır ki, həmin evlərin sahibləri evləri ilə yanaşı əmlak hüqüqunu da itiriblər.

İşğaldan 33 il keçib və bu müddətdə həmin mülklərin yiyələrinin bir xeylisi vəfat edib, varislərin bir qismi başqa ölkələrdə, şəhərlərdə məskunlaşıblar, bir yarısı sağ-salamatdır, amma onlar da ata ocağına sahib ola bilməyəcəklər. Çünki işğaldan........

© Müsavat