“Faciəvi təsadüf”ün xatırlanması – məkrli niyyət
Vətəndaşlarımız yaxşı xatırlayar, 2023-cü il 20 sentyabrında Qarabağın Canyataq kəndi yaxınlığında bir faciəvi hadisə baş vermişdi: necə olmuşdusa, rus sülhməramlıları atışma zamanı həlak olmuşdular.
Həmin vaxt Azərbaycan hərbçiləri Xankəndi ətrafında cəmləşmiş Ermənistan hərbçilərinə qarşı lokal xüsusi əməliyyat keçirirdilər. Əməliyyatın keçiriləcəyi öncədən bəlliydi, rus komandanlığının da, şübhəsiz ki, bundan xəbəri vardı.
Ancaq heç kəsin gözləmədiyi halda rus hərbçilər atəş nöqtəsində peyda olmuşdular və bu, faciəvi sonluqla bitmişdi.
Bu, Azərbaycana, onun cari və strateji planlarına uyğun olmayan fors-major hal idi. Elə ona görə də Moskva, Kreml, Putin Azərbaycan hakimiyyətinin izahatını anlayışla qarşıladı.
İndi erməni tərəfi həmin rus sülhməramlılarının faciəvi döyüşdən sonrakı şəkillərini yayıblar. Ermənistan nəşri “İravunk” şəkilləri hadisə barədə əlavə və qərəzli məlumatla birlikdə dərc edib.
Xankəndinin azad edilməsinin, Qarabağdakı separatizmə son qoyulmasının, mahalın silahlı quldurlardan təmizlənməsinin ikinci ildönümündə belə şəkillərin dərc edilməsi təbii görünə bilər. Nə də olmasa, həmin hadisələrin ildönümüdür.
Ancaq ermənilər nəyə görə öz “dərd”lərini kənara qoyur, rus sülhməramlıları ilə bağlı bu xoşagəlməz hadisəni qabardırlar?
Bəs o şəkilləri kim........





















Toi Staff
Gideon Levy
Tarik Cyril Amar
Sabine Sterk
Stefano Lusa
Mort Laitner
Mark Travers Ph.d
Ellen Ginsberg Simon
Gilles Touboul
John Nosta