menu_open Columnists
We use cookies to provide some features and experiences in QOSHE

More information  .  Close

Bizim ildırım ötürənlər...

9 0
previous day

Bir məsələdə “şanslıyıq”. İllərdir ailələrə uşaqpulu verilməsə də, bu mövzuda müzakirələrimiz boldur. Hətta olmayan və perspektivdə olması da gözlənilməyən uşaqpulunun məbləği mövzusunda bir neçə il əvvəl iki müxalifət partiyası arasında qırğın da çıxmışdı. Biri demişdi, 100 manat olsun, o biri demişdi, bu məbləği səsləndirmək hökumətə yarınmaqdır və sair. Təsəvvür edin, uşaqpulu yoxdur, uşaqpulununnn “u”su belə yoxdur, amma o partiyaların funksionerləri bir-birlərində üz qoymadılar, abır saxlamadılar. İndi də deputat Günay Ağamalının tənbəllik və uşaqpulu arasında apardığı unikal paralel. Zarafat bir tərəfə, onsuz da uşaqpulunun verilməyəcəyi gün kimi aydındır. Bu deputatlar özlərini niyə söyüş yiyəsi edirlər axı? Mən onu anlamıram. Bəzən də anlayıram. Çünki bəzi deputatlar, rəsmi qurumların sözçüləri, hətta qosqoca jurnalistlər belə ildırımötürücü funksiyasını daşımaq istəyirlər. Yəni, özlərini hökumətin qabağında sipər edirlər ki, ağbirçəklərin sözü ilə desək, “sənə gələn mənə gəlsin”........

© Müsavat