menu_open Columnists
We use cookies to provide some features and experiences in QOSHE

More information  .  Close

Xruşovu taxtda görmüş bloqerin nostaljisi

24 0
08.06.2026

Hər kəsin internet resurslarında öz çıxışının, müsahibəsinin videosunu yaymaq imkanı qazanması yaxşıdır. 30 il öncə bir mütəfəkkirin verdiyi proqnoz yüzdəyüz doğrulub. O demişdi ki, vaxt gələcək, hamı şöhrət qazana biləcək, amma 15 dəqiqəlik.

İndi o zaman yetişib. Bir də görürsən, bir ağsaqqal və ya növcavan çıxır, öz düşüncəsini və ya hərəkətini əks etdirən video yayır, beş dəqiqənin içində şöhrət qazanır, dillərə düşür və 15 dəqiqənin və ya 15 saatın içində unudulub gedir.

Şöhrətini qorumaq istəyən şəxslər ya ardıcıl olaraq elə videolar yaymalıdırlar, ya da yaddan çıxırlar. Çünki rəqabət böyükdür. Hamının şöhrət (eləcə də bu minvalla pul) qazanmaq imkanı var.

Bircə pis iş var ki, bəzən şöhrət qazanmış biri dediklərini ertəsi gün təkzib etməli olur, deyir, peşmanam, düz deməmişəm, emosional olmuşam, fikrim yanlış anlaşılıb, onu nəzərdə tutmamışam, hər şey yaxşıdır, Allah şeytana lənət eləsin və sair və ilaxır.

Belə olanda tamaşaçı-oxucu kütləsi məcbur olur başqa “həqiqət carçısı” axtarsın. Axtarırlar və tapırlar. Namxuda, internet resursları həvəskarlar tərəfindən çəkilən videolarla........

© Müsavat