Transformasiya - bir zamanlar Şaron Stoun kimiyd
Belə bir məşhur məsəl var, deyirlər, bir dəlilər, bir də ölülər fikirlərini dəyişmirlər. Xeyli dərəcədə dəqiq ifadə olunmuş kəlamdır.
Çünki ölülərin öz fikirlərini dəyişmək imkanları bəlli səbəbdən sıfırdır. Dəlilər, yəni manyak və psixopatlar da üzrlü səbəblərdən bu imkandan məhrumdurlar, yoxsa nədən manyak olurdular ki? Onlar qafaya bir şeyi qoydularmı, sona qədər elə də gedirlər, dayanıb düşünmək, fikir dəyişdirmək söhbəti yoxdur.
Yox, hansısa dəli deyilən şəxs bir gün həmişəki mövqeyindən geri çəkilirsə, tamam başqa bir rəy irad edirsə, demək, o qədər də dəli deyilmiş, sadəcə, özünü dəlioğlanlığa qoyubmuş.
Həyatda elə adamlar da var ki, çılğınlığq edə, emosional ovqata tez qapıla bilirlər, gah ağıllı-ağııllı danışır, gah da səyləyirlər, bir gün bir fikir deyir, ertəsi gün onunla daban-dabana zidd hərəkətlər edirlər və ictimaiyyəti çaş-baş qoyurlar. Adam bilmir onların hansı insan tipinə aid etsin.
Məşhur bəstəkar-müğənnimiz Elza Seyidcahan da xalqımızı tez-tez çaşqın vəziyyətə salan, onu gah heyrətləndirən, gah da əyləndirən sənətkarlardandır. Müxtəlif vaxtlarda bizi onu çox fərqli........
