menu_open Columnists
We use cookies to provide some features and experiences in QOSHE

More information  .  Close

SEPAH-ın etirafı, “sepahçılar”ın etirazı

35 0
06.03.2026

SEPAH deyir ki, Naxçıvanı dronla biz vurmuşuq, özü də yaxşı eləmişik, bu hələ xəbərdarlıqdır.

Arazın bəri tayındakı azərbaycanlılar dirəşiblər, deyirlər, yoox, bu, İranın işi deyil, ya təsadüfdür, inşallah, ya da Epşteynin gədələrinin işidir, əlhəmdülillah.

Rusiyada ağzına xardal sürtüləsi bir deputat var, Zatulin adında, zatıqırığın biridir, Allah qoymasa, MDB dövlətləri ilə iş üzrə parlament komitəsinin sədr müavinidir, deyir, günah Azərbaycanın özündədir, ya özü İrana daha əvvəl raket atıb, ya da İranı vuranların Naxçıvanda olduğunu bilib, onları zərərsizləşdirmək istəyib, yoxsa İran elə şey eləməz.

44 günlük müharibə zamanı Qarabağın dağlıq hissəsində, ermənilərin yanında sülənən bir hərbi reportyor vardı, Semyon Peqov, o da dilə gəlib. (O vaxt onu “Dəhliz kənarıyla qaçan alabaş” adlandırmışdıq – Çingiz Aytmatovun “Пегий пёс, бегущий краем моря” – “Dəniz kənarıyla qaçan alabaş” povestinə göndərmə edərək). Peqov deyir ki, Azərbaycan bölgədə İsrailin dostudur, ona görə vurulub.

Başqa bir həmvətənimiz yazır ki, ola bilər, dronun idarəetməsini ələ keçirib, qəsdən Naxçıvana yönəldiblər. Kimlər? Kim olacaq? “Dost və qardaş........

© Müsavat