menu_open Columnists
We use cookies to provide some features and experiences in QOSHE

More information  .  Close

Nikahdankənar saçyoldu məhkəmədə suç oldu

7 0
previous day

Dünən milli mediamızda yer almış, indi haqqında bəhs edəcəyim xəbər elə də ictimai-siyasi əhəmiyyət kəsb etmir, amma maraqlıdır və son illərin oxu statistikası göstərir ki, qədirbilən oxucularımız bu mövzuda dərin analizlər, rəy və şərhlər oxumaq istəyir.

Gözəgörünməzlərin hamısına şükür olsun ki, artıq Qarabağ problemi və seçki-meçki söhbəti yoxdur, yoxsa o biri tələbkar oxucular da redaksiyaya zəng edib deyərdilər: “Belə boş-boş şeylərdən yazmayın, Qarabağdan yazın, yaxınlaşan seçkilərdən yazın”.

Artıq o mövzular çürüyüb, Qarabağ mövzusu ölüb, seçkilər də yavaş-yavaş uzaqlaşır, nə vaxt yaxınlaşar, bir şeylər yazarıq. Lazım gəlsə.

Xüləs, keçək mətləbə.

Doğma, əziz Bakımızda belə bir hadisə olub: 1979-cu ildə İranda doğulan, Bakıda evi olan, amma Türkiyə vətəndaşlığı alan sahibkar qadın barəsində cinayət işi açılıb və xanımın işinə məhkəmədə baxılıb.

Adı Mania, soyadı N. olan qadını heç də vergidən yayınmaya və ya üç ölkənin arasında şübhəli gediş-gəlişlərə görə mühakimə etməyiblər, başqa birinə, adı İlahə, soyadı H. olan qadına xəsarət........

© Müsavat